Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76210
az

Rəşad Dağlının qolu qandallı VİDEOSU YAYILDI

13:1810 Noyabr, 2022
513
CƏMİYYƏT
  • A

Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib.

Oxu24.com APA-ya istinadən xəbər verir ki, hazırda Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılır.

Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) kimi tanınan məşhur meyxanaçı ötən gün qonşusunu qətlə yetirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

***

Rəşad Dağlı Qaradağ Rayon Prokurorluğundakı sənədləşmə işləri tamamlandıqdan sonra istintaq hərəkətləri ilə bağlı hadisə yerinə aparılıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi