Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76108
az

Azərbaycan və Ermənistan danışıqları sürətləndirmək barədə razılığa gəliblər - Ned Prays

10:4909 Noyabr, 2022
74
CƏMİYYƏT
  • A

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda keçirilən görüşdə danışıqları sürətləndirmək barədə razılığa gəliblər.

OXU24.COM Trend-ə istinadən bildirir ki, bu barədə mətbuat konfransı zamanı ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"Xarici işlər nazirləri danışıqları sürətləndirməyə razılaşıblar", - deyə N.Prays bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında aparılan danışıqları şərh edərkən bildirib.

"Dünən hər iki tərəfin görüşməsi, bir çox fikir ayrılıqlarını müəyyən etməsi, günün sonunda birgə bəyanatla razılaşa bildikləri baxımından müsbət gün olub. Onlar növbəti həftələrdə davamlı görüşlər, birbaşa dialoq və diplomatiya haqqında razılığa gələ bildilər", - deyə mətbuat katibi qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı