Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75482
az

Bakıdan İrəvana sərt tonda: Zəngəzur dəhlizi istənilən halda açılacaq

17:2029 Oktyabr, 2022
146
CƏMİYYƏT
  • A

Ermənistan hökumətinin Azərbaycanla sərhəddə, Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqənin təmin olunması üçün üç nəzarət-buraxılış məntəqəsi qurmaq barədə təklifinə rəsmi Bakı münasibət bildirib.

Azərbaycan tərəfi hesab edir ki, Ermənistanın sərhəddə üç nəzarət-buraxılış məntəqəsi yaratmaq təklifləri 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın müddəalarının icrasının imitasiyasıdır. Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, İrəvanın təklif etdiyi məntəqələrdən başlayan yollar relyef, iqlim şəraiti baxımından Naxçıvanla nəqliyyat əlaqəsi və ilin əksər hissəsində beynəlxalq tranzit daşımaları üçün əlverişli deyil.

Onun vurğulamasına görə, nəzarət-buraxılış məntəqələri tərəflərin razılığı ilə simmetrik şəkildə açılmalıdır. Lakin Ermənistan Azərbaycanla heç bir razılaşma həyata keçirməyib. Şahin Mustafayevin fikrincə, Ermənistanın təklifi Azərbaycanın qərb rayonları və Ermənistan arasında kommunikasiyaların yaradılması barədə üçtərəfli bəyanatın icrasından yayınmaq üçün formal xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan Şərq-Qərb dəhlizinin mühüm tərkib hissəsinə çevriləcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir: “Azərbaycan bu nəqliyyat dəhlizi boyu öz ərazisində böyük həcmdə işlər görür. Yol və dəmir yolu infrastrukturu tikilir və bərpa olunur. Uzunluğu 123,9 km olan Horadiz-Ağbənd avtomobil yolunda işlərin 66 %-i, Horadiz-Ağbənd dəmir yolunda (110,4 km) işlərin 38 %-i yerinə yetirilib ki, həmin yollar bu dəhlizin tərkib hissəsidir. Təəssüflər olsun ki, Ermənistan ərazisində heç nə baş vermir, əməli tədbirlər həyata keçirilmir, hətta heç bir texniki-iqtisadi əsaslandırılma və ya layihə də hazırlanmır”. Şahin Mustafayev bildirib ki, uzun müddətdir və hələ də nəqliyyat dəhlizi, ekstraterritoriallıq terminləri ilə bağlı spekulyasiyalar mövcuddur: “Baxmayaraq ki, onlar bir-biri ilə əlaqəli deyil və hətta sinonim deyillər”. O xatırladıb ki, nəqliyyat dəhlizi nəqliyyat daşımalarını təşviq etmək üçün xərclərin və keçid vaxtının azaldılması məqsədilə razılaşdırılmış nəqliyyat, gömrük və digər siyasət yürüdən bir neçə ölkənin ərazisindən keçən nəqliyyat marşrutudur: “MDB-yə üzv dövlətlərin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin əlaqələndirilmiş inkişafı haqqında sazişin və digər bu kimi çoxtərəfli və ikitərəfli sənədlərin tərəfi olan Ermənistana nəqliyyat dəhlizi konsepsiyası yaxşı məlumdur”. Beləliklə, Azərbaycan mövqeyini çox açıq şəkildə ifadə edir. Lakin Ermənistan mediasının, ekspertlərinin mövqelərinin monitorinqi göstərir ki, Zəngəzur dəhlizindən söhbət düşəndə bu ölkədə, necə deyərlər, aləmi qarışdırırlar: “eksterritoriallıq”, “dəhliz məntiqi” və sair. Beynəlxalq politoloji leksikonda “dəhliz məntiqi”nin nə demək olduğunu, ümumiyyətlə, onlardan heç biri izah edə bilməz. Belə bir ifadə yoxdur. Deməli, onun mənası da yoxdur. Bir nöqtədən getməyi və digər nöqtəyə gəlməyi nəzərdə tutan “nəqliyyat dəhlizi” anlayışı var. Bu iki nöqtə arasındakı zolaq “dəhliz” adlanır və o da şərti məna daşıyır. “Dəhliz” termini yolun həmin hissəsinin girişində, çıxışında və bütün yolboyu hansı hüquqi və prosessual rejimin qüvvədə olmasını müəyyən etmir. Hər bir konkret halda iştirakçı tərəflərin razılaşdırdığı rejim qüvvədə olur. Buna görə də “dəhliz məntiqi” anlayışı yoxdur. Bəs erməni tərəfi özü bu terminin mənasını bilmədiyi halda nə üçün ondan istifadə edir? Hesab edilir ki, sadəcə, nəqliyyat dəhlizini açmaq istəmədiyindən Ermənistan cəfəng mövqe sərgiləyir.

Bundan başqa, “eksterritoriallıq” və “dəhliz” də eyni anlayışlar deyil. Eksterritorial ərazilərə yalnız BMT-nin və NATO-nun mənzil-qərargahları və müəssisələri, ABŞ-ın Quantanamodakı hərbi bazası, xarici ölkələrin limanlarındakı hərbi gəmilər və digər ölkələrin hava limanlarındakı hərbi təyyarələr aiddir, mülki təyyarələr buraya aid deyil.  Laçın dəhlizi və Zəngəzur dəhlizi isə heç vaxt belə hesab edilməyib və bu gün də hesab edilmir. Buna müvafiq olaraq, həmin dəhlizlər üzərində Azərbaycanın və Ermənistanın yurisdiksiyası yox olmur və hətta azalmır. Indi bunlar fonunda Ermənistan Zəngəzur dəhlizindən imtina etməklə sülhə qarşı çıxmış olur. Xatırladaq ki, oktyabrın 17-də Ermənistanın baş naziri Nikol Paşinyan “Twitter”də yazmışdı ki, onlar Azərbaycanla sərhəddə, Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqənin təmin olunması üçün üç nəzarət-buraxılış məntəqəsi qurmağı təklif ediblər. O, Azərbaycandan müsbət cavab gözlədiklərini sözlərinə əlavə etmişdi. Ermənistan Dövlət Gəlirləri Komitəsindən bildirilib ki, yeni gömrük məntəqələrində digər məntəqələrdəki şərtlər qüvvədə olacaq, fərq qoyulmayacaq, məntəqələr Ermənistanın və Avrasiya İqtisadi Birliyinin gömrük qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək.  Bu da həmin ərazilərin dəhliz məntiqindən kənara çıxması deməkdir və Bakı haqlı olaraq bununla razılaşmır. Azərbaycan yenə haqlı olaraq Naxçıvan eksklavına Ermənistan ərazisindən quru dəhlizi əldə etmək istəyir. 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs bəyanatı Ermənistanla Azərbaycan arasında bütün nəqliyyat marşrutlarının açılmasını nəzərdə tutur. Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar qarşı tərəfə Laçında dəhliz verdiklərindən onlara da Ermənistan ərazisindən Naxçıvana gedən dəhliz verilməlidir. Tərəflərin üçtərəfli bəyanatda istinad etdiyi bənd belədir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Burada açıq deyilir ki, Azərbaycanın qərb rayonlarından Naxçıvana Ermənistan ərazisindən gedən yola Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları nəzarət edəcək. Deməli, Ermənistan burada hansısa sərhəd, gömrük nəzarəti həyata keçirə bilməz. Ölkəmizin tələbi də məhz budur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Milli Sevgililər Günüdür
Azərbaycanda daha iki nəfər GÜLLƏLƏNDİ
İranda azərbaycanlı namizədin qələbəsi: iyulun 5-də nə gözlənilir?

Çin alimlərinin kəşfi

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO