Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75370
az

İran Azərbaycana hücum edərsə onu nə gözləyir? - Dərhal bu dövlətlər öz ordusunu...

18:5525 Oktyabr, 2022
166
CƏMİYYƏT
  • A

"İran tərəfi Azərbaycanla güc yolu ilə, təzyiqlə danışmaq istəyir. Bu da yolverilməzdir".

Bunu OXU24.COM -a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, İran Azərbaycana hücum edərsə meydanda tək qalacaq:

"İranın sərhədimiz boyu keçirdiyi bu hərbi təlimlərin heç bir nəticəsi və mənası yoxdur. Bəli, burada hücum təlimlərindən söhbət gedir. Görürük ki, İran Arazı keçmək əməliyyatlarını nəzərdən keçirir. Çox güman burada İranın Azərbaycan sərhədini keçməsindən söhbət gedir. Əlbəttə, bu da yolverilməzdir. Təsəvvür edin ki, İran Azərbaycan sərhədini keçib, Azərbaycan ərazisinə soxulsa nə baş verəcək.

Sözsüz ki, bu çox geniş reaksiyaya səbəb olacaq. Azərbaycan təsirli cavab verməli olacaq. Bunun üçün bizim bütün imkanlarımız var. Belə olan halda Türkiyənin Azərbaycan tərəfinə qoşulması istisna edilmir. Türkiyə də bu məsələyə biganə qalmayacaq. Ona görə, bu zaman İran Türkiyə ilə də savaşmalı olacaq. Bizim digər dostlarımız - İsrail, qardaş ölkə Pakistan var. Nəzərə alaq ki, Pakistan da İranla sərhədi olan ölkədir. O da sərhədimizdə baş verənlərə biganə qalmayacaq, müəyyən hərbi-siyasi dəstəyini Azərbaycana verəcək. 

Səudiyyə Ərəbistanı çox güman ki, bu məsələyə səssiz qalmayacaq. Onların da İslam aləmində ən azı siyasi dəstəyindən söhbət gedir. Türkdilli qardaşlarımız da İranın Azərbaycana qarşı hərbi təcavüz niyyətinə biganə yanaşmayacaq, sərt reaksiya olacaq. 

İnanmıram ki, Rusiya İranın bu oyununa qoşulacaq. Bu, Rusiyanın xeyirinə deyil, ona görə də Tehran Moskvadan buna görə heç bir dəstək almayacaq. Yekunda İran yenə də təklənəcək. Kim ona dəstək verəcək? Ermənistan? - Ermənistanın özünə dəstək lazımdır!

Fransa Tehrana dəstək verəcək, ya Avropa İttifaqı? İndi onlar İrana qarşı Rusiyaya Ukrayna ilə müharibədə istifadə etmək üçün verdiyi kamikadze dronlara, silahlara görə sanksiaylar tətbiq ediblər. Ona görə də İranın bu mənasız oyunları yalnız İrana zərər gətirəcək.

Tez-tez qeyd edirik ki, biz İranla dost və yaxın əlaqələrin qurulmasında maraqlıyıq və indinin özündə bu ölkə ilə ciddi, irimiqyaslı layihələr həyata keçirilir. Bu, həm Azərbaycana, həm İrana, həm də digər oyunçulara xeyr gətirən layihələrdir. Yenə də konstruktiv mövqedən çıxış edərək İrana təklif edirik ki, bu təzyiqlərdən əl çəkib, konstruktiv münasibətlər quraraq Azərbaycanla, Azərbaycanın dostları, tərəfdaşları ilə bu regionda hər bir ölkənin maraqlarına cavab verən layihələrdə iştirak etsin, süni gərginlik yaranmasın, sülh və əminamanlıq baş versin. Bizim istədiyimiz də budur. Yenə də hələ gec deyil, yenə də hələ biz İranla bu istiqamətdə siyasıtimizi davam etdirə bilərik".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi