Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75337
az

Avtomobillərin katalizatorları kəskin bahalaşıb - VİDEO

14:0524 Oktyabr, 2022
133
CƏMİYYƏT
  • A

Son günlər avtomobillərin katalizatorlarının qiymətində artım müşahidə edilir.

OXU24.COM  Xəzər Xəbər-ə istinadən xəbər verir ki, avtomobilin mühərrik sistemindən ixrac olunan işlənmiş qazı neytrallaşdıraraq atmosferə buraxılmasını təmin edən katalizatorların qiyməti ən azı 100-150 manat bahalaşıb.

Katalizatorların satışı və avtomobillərə quraşdırılması ilə məşğul olan Anar Teymurov deyib ki, sözügedən ehtiyat hissəsinin qiyməti istehsalçı ölkəyə görə dəyişir.

İstənilən avtomobillərin orijinal katalizatorlarının qiyməti həddindən artıq baha olduğu üçün ən çox Çin və Türkiyə istehsalı olan ''Avro-4'' katalizatorlara üstünlük verilir. Tələbat artdığı üçün həmin ölkələrdə bu detalın qiyməti bahalaşıb.
Ətraflı

Usta deyir ki, katalizatorların istisimar müdəti ən çox 100 min kilometrə qədərdir. Bəzi hallarda mühərrik düzgün işləmədikdə sürücülərin dili ilə desək, ''yağ yemə''  olduğu halda da katalizator tez sıradan çıxır və yanacaq sərfiyyatı artır. Bəzi işbazlar xaricdən gətirdikləri avtomobilləri satarkən orijinal katalizatorlarını çıxarırlar. Bu isə ekologiyaya ziyan vurmaqla yanaşı, mühərrikin də ömrünü azaldır.

Qeyd edək ki, katalizatoru olmayan avtomobillərin səsi digərlərindən xeyli fərqlənir. Usta hesab edir ki, ikinci əl avtomobil alan şəxslər mütləq həmin detalın olub-olmamasını yoxlatmalıdırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı
Faşizm üzərində qələbədən 79 il ötür
Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı