Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75329
az

Azərbaycanda saçları necəyə satmaq olar?

17:0023 Oktyabr, 2022
150
CƏMİYYƏT
  • A

Xanımlar gözəl görünmək və kişilərin diqqətini cəlb etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Onların gözəlləşməsi üçün istifadə etdikləri elementlərdən biri də süni saçlardır.

Milli.Az xəbər portalının məlumatına görə, saçlarını qısa zamanda uzatmaq istəyən xanımlar bu arzularını gözəllik salonlarında gerçəkləşdirirlər. Onlar salonlarda saçlarına uzun saç qaynaq etdirməklə istəklərinə nail olurlar. Qaynaq olunan saçlar isə təbii insan saçı olmalıdır.

Bəs salonlarda təbii saçları haradan əldə edirlər? Azərbaycanda kimsə öz uzun saçını satmaq isəyirsə, hara müraciət etməlidir?

Azərbaycanda saçın 1 kiloqramı 400 dollardır

Stilist Balaş Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, dünyada saçın qiyməti çox ucuz olsa da, Azərbaycanda çox bahadır, saçlarını pulla satan insanlardan saçın kiloqramını 400 dollara alırıq.

Onun sözlərinə görə, əvvəllər hər bir insanın saçı ayrı-ayrı alınırmış, amma hazırda kilo ilə alınır: "Burada oğlan və qız saçı olması fərqi yoxdur. Əsas odur ki, saç uzun olsun. Satılan saçın uzunluğu ən azı, 50 santimetr olmalıdır. Saç heç vaxt rənglənməmiş olmalıdır. Saçını satan şəxsin yaşının neçə olması əsas deyil. Azərbaycana Çindən də saçlar gətirilir ki, bunun da heç bir fərqi yoxdur".

Saçı qaynaq etməyin qiyməti

Balaş saçları qaynaq etdirməyin qiymətini də açıqladı: "Saçı qaynaq etdirmək 400 manatdan başlayaraq yuxarı doğru dəyişir. Qiymət saçın rəngi, uzunluğu və qısalığından asılı olaraq arta və azala bilər".

Fəsadları

Stilist hesab edir ki, saçların qaynaq edilməsində heç bir problem yoxdur: "Əvvəllər saçlar silikonla qoyulurdu, ona görə də yatanda insanı narahat edirdi. İndi isə belə bir şey yoxdur.

Tibb elmi saçların qaynaq edilməsini insanlar üçün məqsədəuyğun saymır. Tibb elmləri doktoru, əməkdar elm xadimi, Səhiyyə Nazirliyinın baş dermatoveneroloqu, professor Zülfüqar Fərəcov  xəbər portalına açıqlamasında bildirdi ki, saçların qaynaq edilməsinin insana ziyanı var. Çünki qaynaq edilmiş saçlar təravətini itirir, başqa mənfi effektlərin əmələ gəlməsinə səbəb olur. Professor qeyd etdi ki, qaynaq edilən saçı həmin insanın bədəni qəbul etməyə bilər və nəticədə allergik reaksiyalar əmələ gələr. Bundan başqa, qaynaq edilən saç xəstə adamın saçı ola bilər ki, bu da saçını uzatmaq istəyən sağlam xanım yoluxa bilər. Ona görə də, fəsadların baş verməməsi üçün böyük yoxlamalara və analizlərə ehtiyac var.

Stilist Anar Ağakişiyevin fikrincə, qadınlar süni saçdansa, təbii saçlara üstünlük versə, daha yaxşı olar.  Azərbaycanda saç qaynaq etdirmələrin sayı kifayət qədərdir: "Azərbaycan bu işdə dünya ölkələrindən heç də geri qalmır. Qaynaq etdirmək xanımlarımızın istəyindən asılıdır. Onlar uzun saç istəyirlər və istəklərini bu yolla gerçəkləşdirirlər. Saçını qaynaq etdirənlər arasında şou-biznesdəki xanımlardan tutmuş adi xanımlara qədər var".

Rəqqasə: "Belə xanımlara ancaq Bakıda rast gələrsən"

Tanınmış rəqqasə Fatimə isə xanımlara qaynaq etdirməyi məsələhət görmür. O, Milli.Az vasitəsilə xanımlara müraciət edərək dedi ki, saç qadına gözəllik verən əlamət olsa da, təbii saça qulluq edib uzatmaq daha yaxşıdır: "Sənətdə olan qadınlar daha çox qaynaq etdirirlər, çünki onlar tez-tez dəyişməlidir. Ancaq müəllimə, həkimə üz tutaraq deyərdim ki, saçlarına əziyyət verməsinlər. Hər gün gözəllik salonunda oluram. Qaynaq etdirənlər arasında ev xanımlarının sayı, şou-biznesdəkilərdən geri qalmır".

Fatimə Bakı xanımlarının bostanına da daş atdı: "Xarici ölkədə gördüyüm xanımlar tam fərqlidir. Adamda belə təəssürat yaranır ki, ancaq bizim xanımlar özlərinə qulluq edir. Xarici ölkədə günorta vaxtı saçlı, makiyajlı xanim görməzsən. Belə xanımlara ancaq Bakıda rast gələrsən".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər