Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75306
az

Təbriz, sən bizimləsən: Bakıdan Tehrana aydın və konkret MESAJ

15:5622 Oktyabr, 2022
126
CƏMİYYƏT
  • A

"Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır".

Bunu Azərbaycanın dövlət başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla mətbuata birgə bəyanatında söyləyib.

Nəyi, nə zaman və necə deməyi bilən Ali Baş Komandanın Zəngilanda səslənən bəyanatının ünvanı açıq göstərilməsə də, məsələ bəllidir: rəsmi Bakı cənub qonşumuzun, İran İslam Respublikasının son dövrlərdəki isterik, aqressiv davranışına laqeyd qala bilməz.

Laqeyd davranmaq mümkün də deyil və səbəblər az deyil.

44 günlük İkinci Qarabağ Müharibəsinin tam qələbəmizlə və Ermənistanın kapitulyasiyası ilə başa çatması İranın hakimiyyət dairələrinin ovqatını təlx etmişdi.

Müharibə dövründə ölkəmizi dəstəkləyəcək bir (!) bəyanat da verməyən, Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını bərpa etmək, erməni işğalına son qoymaq üçün apardığı haqq savaşı barədə bir söz də söyləməyən rəsmi Tehran 30 il ərzində qurmağa çalışdığı geosiyasi konstruksiyanın darmadağın olduğunu anlayırdı.

30 illik erməni işğalı dönəmində "tərəfləri münaqişəni diplomatik yolla, sülh danışıqları ilə nizamlamağa çağırırıq" tipli bəyanatlar verməklə işini bitmiş sayan, batində isə Ermənistanı tam dəstəkləyən, İrəvna silah və hərbi texnikadan tutmuş, ərzaq və yanacağa qədər hər şey yollayan İran işğaldakı ərazilərimizi goreşən kimi talamağı da unutmurdu.

Hər gün onlarla, yüzlərlə ağırtonnajlı yük maşınları erməni işğalındakı ərazilərimizdən İrana doğru və əksinə hərəkət edirdi.

Onlar Azərbaycanın sərvətini, dağıdılan evlərin taxtasını və daşını da daşıyırdılar İrana.

Müharibədən sonra da İran Ermənistanı tam dəstəkləyir.

Hətta bu dəstək "qardaşlıq münasibətləri" səviyyəsinə qalxıb və Tehrandakı mollakratiyanın vəcdi o səviyyəyə çatıb ki, Araz sahilində, Azərbaycanın dövlət sərhədinin yaxınlığında artıq 3-cü hərbi təlimləri keçirir.

İran ayətullaları öz aləmlərində guya Bakını qorxutmağa çalışır, Zəngəzur dəhlizi layihəsinin reallaşmasına hər vəchlə mane olurlar.

İranlı siyasətçilər və generallar səs-səsə verərək tutuquşu kimi təkrarlayırlar ki, bəs "İranın Avropa ilə yeganə nəqliyyat dəhlizinin qapanmasına, bölgədə sərhədlərin dəyişməsinə imkan verməyəcəyik".

Bu idiotik bəyanatların heç bir məntiqi əsası olmasa da, İranın hakimiyyət dairələrinin, mediasının və hərbçilərinin isteriyası səngimək bilmir.

O İranın ki, təqribən 30 milyon azərbaycanlının hüquqları hər gün, hər saat tapdalanır.

O İranın ki, özünü "dünya müsəlmanlarını pənahı" və "İslam ölkəsi" elan etsə də, 30 il davam etmiş erməni işğalında məscidlərimizin, ibadət yerlərimizin darmadağın edilməsinə, müqəddəs məkanlara donuz buraxılmasına göz yumdu.

Həmin illərdə kar və kor olmuş Tehran guya "müsəlman təəssübkeşliyi" edərək bir nəfər müsəlmanın yerli sakin olmadığı İrəvanda azərbaycanlıların milli-mədəni və tarixi obyekti olan Göy Məscidi "fars abidəsi" elan etdi, təmirdən çıxardı.

İran işğaldakı Şuşada da Gövhərağa məscidini "fars mədəniyyət abidəsi" elan etmiş və bu əxlaqsızlığını "müsəlman ümmətinə töhfə" adlandırmışdı.

Qarabağda müsəlman azərbaycanlılar dəhşətli işgəncələrlə qətlə yetirəndə, Xocalıda soyqırıma məruz qalanda, qız-gəlinlər erməni əlinə düşməmək üçün özlərini qayadan atanda Tehrandakı çalmabaşlılar susurdular.

Nə bir ayətulla danışdı, nə höccətülislam səsini qaldırdı, nə də hansısa "Aşura" diviziyasının "İmam Mehdi" briqadasından olan general "Yetər, bıçaq sümüyə dirənib!" demədi.

Tehran susdu.

Ayətullaların klerikal, içdən çürümüş və məzarlığın kəsif qoxusunu verən barsız, qısır hakimiyyəti indi də təlaşdadır.

Vurnuxur, ağzından köpük dağıdaraq Bakının ünvanına hədyanlar və hədələr söyləyir, Azərbaycanda özlərini "Ağanın iti" adlandıran manqurtlardan ibarət "beşinci kolon"u hərəkətə gətirməyə çalışır.

İçi çürük və irinli, çölü isə əbalı və əmmaməli Tehran hakimiyyəti deyəsən, çox mətləbləri unudub.

Tehran İranda yaşayan və sayları təqribən 30 milyon olan soydaşlarımızın insan, vətəndaş hüquqlarına malik olduqlarını, onların normal yaşamaq, doğma dillərində təhsil almaq istəklərini unudur.

Sayları maksimum 14 min nəfər olan erməni isə İranda özlərini maksimum asudə hiss edirlər və hətta ölkə parlamentində iki deputatları da var.

Anlayırıq, İran erməniləri Tehran üçün Qərb qarşısında "demokratik, azsaylı xalqların mənsublarına bütün imkanları yaradan, xristianlarla mehriban birgəyaşamda olan" rejim obrazı yaratmaq üçündür.

Amma mollakratiya gerçəkdən də Qərbin belə sadəlövh, primitiv yalanlara inanan olduğunu düşünür?

Rəsmi Tehran hələ də reallıqlarla barışmaq istəmir, Azərbaycanla Türkiyənin bölgədə aparıcı geosiyasi tandemə çevrildiyini qəbul etmir.

Həmin tandemin məramı, amalı, taktikası və strategiyası barədə İlham Əliyev yetərincə konkret, aydın bəyanat verib.

"Əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır" sözləri isə son vaxtlar fasiləsiz olaraq Azərbaycanı təhdid edən, hədələyən, cənub sərhədlərimiz boynca genişmiqyaslı hərbi təlimlər keçirən  İrana ünvanlanıb.

Konkret ad çəkilməsə də, ünvan göstərilməsə də.

... Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən deyib: "Azərbaycanda öz tərəfimizdən bizim təşkilatımıza daxil olan ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik".

Türk dünyası Türk Dövlətləri Təşkilatının üzvləri olan milli dövlətlərin sərhədlərindən qat-qat genişdir. Buna görə də bizim humanitar əlaqələrimizə, insanlar arasında, geniş dünya coğrafiyasında yaşayan türkdilli xalqların nümayəndələri ilə əlaqələrə gələcəkdə də ehtiyac olacaq. Hər halda, Azərbaycanda türkdilli ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik.

İlham Əliyev Türk Dövlətləri Təşkilatı çərçivəsində təşkilatının üzvləri olan ölkələrin hüdudlarından kənarda yaşayan qardaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli identikliyi məsələlərinin çox ciddi müzakirə edilməsi məsələsini qaldırıb.

Bu isə Azərbaycanın xarici siyasətdəki geostrateji və geosiyasi istiqamətlərində yeni mərhələ deməkdir.

Belə ki, indiyədək rəsmi Bakı harada yaşamasından asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşlarının haqq və hüquqlarının müdafiəçisi, mənafelərinin təminatçısı olub.

İndisə ölkəmiz dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması, milli identikliyinin qorunub saxlanmasını hakimiyyət və xalqın qarşısında vəzifə kimi müəyyənləşdirib.

Xüsusilə də milli identiklik məsələsində.

Təbrizi, Urmunu, Marağanı, Rəşti, Ərdəbili dərd kimi sarmış problemdə.

Təbriz, sən bizimləsən.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi