Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75294
az

İş axtararkən diqqətli olun - Hər iş təklifinə aldanmayın - VİDEO

16:5221 Oktyabr, 2022
100
CƏMİYYƏT
  • A

İşləyib pul qazanmaq istəyən bəzi şəxslər, əllərindəki pulları da itirirlər.

OXU24.COM  Xəzər Xəbər-ə istinadən xəbər verir ki, son vaxtlarda saxta iş elanları paylaşaraq dələduzluq edənlərə tez-tez rast gəlinir. Onlar elan saytları vasitəsi ilə yüksək maaşla iş təklif edirlər. İşlə bağlı onlara müraciət edənlərdən də müəyyən məbləğdə rüsum istəyirlər. Kart vasitəsilə pulu əldə etdikdən sonra isə həmin şəxsləri tapmaq mümkün olmur. İşlə təmin olunacağına inanan və dələduzluğa məruz qalanlardan biri də Nəzrin Bəşirovadır. Nəzrin xanım deyir ki, ondan 1500 manat maaşlı iş qarşılığında 100 manat tələb olunub.

Paytaxt sakinləri də sözügedən dələduzluq hallarından məlumatlı olduqlarını bildiriblər.

Hüquqşünas Şamil Paşayev deyir ki, vətəndaşların məsələyə laqeyd yanaşması bu tip fırıldaqçılıqla məşğul olan şəxsləri arxayın edir. Hüquqşünasın sözlərinə görə, vətəndaşlar ödədikləri məbləğin az olduğunu düşündükləri üçün aldandıqdan sonra məsələnin ardınca getmirlər. Əgər şikayət olunarsa, belə şəxsləri həbs cəzası gözləyir.
Ətraflı

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, mövzu ilə bağlı vətəndaşlara dəfələrlə müraciət olunub. Bununla belə aldananlar az deyil.

Hüquqşünaslar bildirirlər ki, ölkədə işədüzəltmə ilə bağlı rüsum ödəmə qaydası yoxdur. 500 manatadək pulun dələduzlar tərəfindən mənimsənilməsi də cinayət məsuliyyəti tərkibi yaratmır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var