Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74770
az

Bakıda həyat yoldaşı ilə barışmaq istəyən şəxs özünü yandırıb, bıçaqlananlar var

23:1707 Oktyabr, 2022
122
CƏMİYYƏT
  • A

Bakının Sabunçu rayonunda ailə məişət zəmnində dava zamanı iki nəfər bıçaqlanıb və bir nəfər özünü yandırıb.

OXU24.COM APA-ya istinadən bildirir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, Hacıyev Əfqan Xanlar oğlunun həyat yoldaşı, ailədaxili münaqişə zamanı evdən çıxaraq anasının Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yaşadığı evə gəlib.

Ə.Hacıyev barışmaq məqsədilə qayınanasının yaşadığı ünvana gəlib.

Lakin qayınana 1969-cu il təvəllüdlü Xanım Xalıqova qızının boşanmağını təklif edib.
Ətraflı

Bundan hiddətlənən Ə.Hacıyev əvvəlcə benzin içib daha sonra alışqan mayeni üzərinə tökərək yandırıb.

Bunu eşidən Ə.Hacıyevin qardaşı Rüfət Hacıyev sözügedən ünvana gəlib. O, qardaşının yanıq xəsarətləri aldığını görüb əvvəlcə Xanım Xalıqova iki bıçaq zərbəsi vurub.

Bundan sonra R.Hacıyev X.Xalıqovun qardaşı - 1963-cü il təvəllüdlü Rüstəm Babayevə də bıçaq zərbəsi vurub. Bıçaqlanan şəxslər 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Özünü yandıran Ə.Hacıyev 2-ci dərəcəli yanıq diaqnozu ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO