Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74766
az

Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?

20:5907 Oktyabr, 2022
155
CƏMİYYƏT
  • A

Ətraflarda ödem, şişkinlik ürək və ya böyrəklərdəki gizli problemin əlaməti ola bilər.

OXU24.COM  xəbər verir ki, bu barədə rusiyalı terapevt, tibb elmləri namizədi Olqa Poltorskaya bildirib.

"Yay fəslində belə şişkinliklər olur, eləcə də pis qidalanma, su mübadiləsi pozulması, varikoz və oturaq həyat tərzində də ayaqlar şişir.

Əgər bu şişkinlik çoxdursa, ayaqqabıya sığışmırsa, xəmir kimi sanki köpübsə və əl ilə basanda çökək əmələ gəlib yenidən qalxırsa, bu zaman həkimə getmək lazımdır.

Əgər ayaq şişib və güclü ağrıyırsa, assimmetrikdirsə, göyərmiş rəng alıbsa, bir ayaq sağlam, o biri şişkin görünürsə, bu kəskin trombozun əlamətidir, təcili tibbi müdaxilə vacibdir.
Ətraflı
Ad - 00:04

Xroniki venoz çatışmazlığı, xroniki böyrək və ürək xəstəlikləri, ürəyin işemik xəstəliklərində şişkinlik olur. Bu zaman əsas xəstəlik müalicə olunmalıdır.

Böyrəklərin xroniki nefrotik sindromunda şişkinlik üzdə, boyunda, göz altında olur, nadir halda əl-ayaqlar şişir.

Ayaq-əl şişkinliyini ev şəraitində aradan qaldırmağa çalışmayın. Çünki bu əsas xəstəliyi maskalayır.

Ayaqları şişənlər su qəbulunu tənzimləməli, duzu azaltmalı, rahat, ortopedik ayaqqabı seçməli, uzun müddət oturmamalı, arada gəzməlidir.

Əgər bunları etdikdə, ödem çəkilmirsə, ürək və böyrəklər yoxlanmalıdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı