Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74699
az

“Hər hansı barışıq yoxdur, cəza verilsin” - Döyülən uşağın atası

15:5905 Oktyabr, 2022
90
CƏMİYYƏT
  • A
Ötən gün Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbdə şagirdin döyülməsi məsələsi ilə bağlı Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, həmçinin Daxili İşlər Nazirliyi araşdırmaların aparıldığı barədə məlumat yaydılar.
 
OXU24.COM xəbər verir ki, döyülən şagirdin atası Namiq Zeynalov lent.az-a heç bir barışığın olmadığını deyərək hadisə barədə ciddi tədbirlərin görülməsini istədiyini deyib:
 
"Məktəbin direktoru uşaqları çağırıb məcburi şəkildə guya barışdırıb. Hətta, yoldaşım uşaqla bir yerdə prokurorluğa aparıldıqlarını dedi. Niyə uşağı məcburi məktəbdə saxlayıb daha sonra prokurorluğa aparırlar? Daha sonra zəng edib etirazımı bildirmişəm, bundan sonra yoldaşım uşağı avtomobildən düşürüb. Uşağa məcburi barışıq ərizəsi yazdırıblar ya yox, dəqiq bilmirəm. Mən şikayətçiyəm."
 
Övladının səhhətində bir problemin olmadığını deyən ata zorakılıq göstərən şagirdin cəzalandırılmasını tələb edir.
 
"İstəyirəm ki, həmin uşağa lazımi cəza verilsin. Məktəbdə daim özbaşınalıq edənlər və siqaret çəkənlər olur. Yeni direktor təyin olunduqdan sonra məktəbdəki problemlərin aradan qaldırılacağı deyilmişdi" - deyə o, əlavə edib.
 
Uşağın atası işin hazırda prokurorluqda olduğunu deyib. Eyni zamanda uşağa qarşı zorakılıq edən şagird də polis bölməsindədir.
 
Qeyd edək ki, uşaqda hansısa ciddi zədə və ya səhhəti ilə bağlı problem yoxdur.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi