Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74608
az

Oğlu oğurlanan deputat görün kim imiş -ŞOK DETALLAR+VİDEO

17:5103 Oktyabr, 2022
293
CƏMİYYƏT
  • A

Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.

Oxu24.com  Musavat.com-a istinadən xəbər verir ki, danışıqların nəticəsi olaraq oliqarx-deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.

Əldə etdiyimiz xəbərə görə, deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmanın üzvləri olublar.

Qeyd edək ki, oliqarx-deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.

Bakupost-a həmin şəxsin kimliyi ilə bağlı məlumat daxil olub.

Oğurlanan şəxsin Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov olduğu bildirilir.

Qeyd olunur ki, Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. Məlumatlı mənbə Azər Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığını bildirib.

Məsələ ilə bağlı deputat Əhliman Əmiraslanovla bir neçə dəfə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı.

Deputatın köməkçisi Raqif Xəlilov isə yayılan məlumatların əsassız və şaiyə olduğunu bildirdi.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda 20 dərəcə isti var, yağış yağacaq – FAKTİKİ HAVA
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO