Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74342
az

Pensiya alanlara ŞAD XƏBƏR! Artım bu qədər və bu tarixdən olacaq

21:4628 Sentyabr, 2022
5604
CƏMİYYƏT
  • A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "əmək pensiyaları haqqında" qanununa dəyişikliklər təklif edilir. Layihə Milli Məclisdə müzakirəyə çıxarılacaq. Layihəsinə əsasən 2023-cü ilin yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması nəzərdə tutulub. Bəs artımlar hansı mexanizm əsasında həyata keçiriləcək ?

Yeni ildən ölkəmizdə bütün növ pensiyalarda artımın olması gözlənilir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı təkliflər hazırlayıb. Nazirliyin şöbə müdiri Elnur Abbasovun sözlərinə görə, layihəyə əsasən bu ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10%, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun məbləğin orta aylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulur. 

Xüsusi şərtlərlə pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat pensiya və 10%-lik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Elnur Abbasovun sözlərinə görə gələn il  yanvarın 1-dən indeksasiya bütün pensiya məbləğlərinə - həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil edilə biləcək. Bununla da vahid metoda keçid təmin olunacaq.

Beləliklə, layihə qəbul ediləndən sonra pensiyaların məbləği hər il vahid qaydada - indeksləşdirilərək artırılacaq. Bundan başqa dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işdən çıxdıqda, topladıqları kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılacaq. Bütün pensiyaların indeksləşdirilməsi tam elektron qaydada aparılacaq.

Elnur Abbasov bildirib ki, vahid indeksasiya mexanizminin tətbiqi xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarında davamlı artımı şərtləndirəcək. Belə ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyası maksimum 70% artıb. Ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyaları isə bu müddət ərzində indeksasiya nəticəsində 98% artıb.

Qeyd edək ki, layihədə nəzərdə tutulan təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Bu tarixdən bütün növ pensiyalar ARTACAQ

Qonşu ölkədən dəhşətli xəbər gəldi: İnternet kəsilib, məktəblər kazarmaya çevrilib

Moskvadan Bakıya uçuş qiyməti şok həddə çatdı - VİDEO

 

 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tanınmış ekspert həbs olundu
Dəvələr haqda maraqlı məlumatlar
Azad edilmiş ərazilərdə daha 213    mina   aşkarlanıb

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı