Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7396
az

Hansı nazirlərimiz mühafizəçidən imtina edib?

10:4826 Noyabr, 2018
742
CƏMİYYƏT
  • A
Bəzi hallarda rəsmi tədbirlərə dəvət olunan nazirlər məkana öz şəxsi mühafizə xidməti ilə birlikdə gəlir. Hətta bir çox naziri, vəzifəli şəxsi qoruyan işçiləri onun yanından bir dəqiqə belə ayrılmır. Halbuki, əksər hallarda nazirlərin və digər rəsmilərin bu qədər əlçatmaz olması, özünü adi insanlardan fərqləndirməsi birmənalı qarşılanmır. Sözügedən mənzərə ilə qarşılaşanlar bunu tənqid edir, nazirlərin, deputatların,  rəsmi şəxslərin addımını müsbət dəyərləndirmir.


Azərbaycanda nazirlərin mühafizəsini öz üzərinə götürən qurum Xüsusi Dövlət Mühafizə Xidmətidir (XDMX).

Müxtəlif nazirliklərdən Modern.az-a verilən məlumata görə, mühafizə xidmətindən istifadə edib-etməmək nazirin şəxsi seçimidir. Yəni hansısa nazir könüllü şəkildə mühafizə xidmətindən imtina edə bilər, mühafizəçiləri olmadan səlahiyyətlərini həyata keçirər. Bəzi rəsmilər müvafiq orqandan mühafizəçi ilə təmin edilsə də, onların xidmətindən yalnız müəyyən məqamlarda istifadə edirlər.


Modern.az-a verilən məlumata əsasən, indiyə kimi Xüsusi Dövlət Mühafizə Xidmətinə müraciət edərək, mühafizə dəstəsindən imtina edən rəsmi şəxs olmayıb. Buna baxmayaraq, kağız üzərində mühafizə dəstəsindən istifadə edən, reallıqda isə mühafizəçilərlə gəzməyən nazirlərin olması istisna deyil.

İstənilən halda, nazirlərin, rəsmilərin və digər vəzifəli şəxslərin bu və ya digər şəkildə sərəncamında mühafizə xidməti var.                                                

Xatırladaq ki, 1830-cu illərdə Amerikada atlı poçt arabalarının qorunması məqsədi ilə başlanan özəl təhlükəsizlik və mühafizə xidmətləri, sonralar dünyanın bir çox ölkələrində tətbiq edilib. Bu gün xüsusi təhlükəsizlik sahəsi bütün dünyada sürətlə inkişaf edir. Hətta mühafizə sahəsində çalışan işçilərin polislərdən belə çox olduğu qeyd olunur. Dünyada qeydiyyatda olan xüsusi təhlükəsizlik işçilərinin sayı artıq 20 milyona çatıb.

Mühafizə sektorunda məşğulluq baxımından Avropa regionu liderdir.
 
Sfera.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah bu ərazilərdə qaz olmayacaq
Lukaşenko Azərbaycana gəlir
Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi