Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73666
az

“Zerkalnı Əliyar”ın vəsiqəsi əlindən alındı

19:1612 Sentyabr, 2022
84
  • A

Bakıda yol hərəkəti qaydalarını mütəmadi olaraq pozduğu üçün tez-tez gündəmə gələn 77 yaşlı Əliyar Dadaşovun sürücülük vəsiqəsinə məhdudiyyət qoyulub.

OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, son aylarda yol-hərəkəti qaydalarını ardıcıl pozan, digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradan 10-MM-100 dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsünün nəqliyyat vasitələrini idarəetmə hüququ verən sənədi bu gün qüvvədən düşüb. Belə ki, Əliyar Dadaşovun bir neçə ay ərzində 20 ballıq qayda pozuntuları aktlaşdırılıb və İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi əsasında bu gün onun vəsiqəsinə 1 il müddətinə məhdudiyyət tətbiq edilib.

Mövcud qanunvericiliyə əsasən, bu kimi hallarda sürücü təyin edilmiş qadağa müddəti başa çatandan sonra yenidən təcrübi imtahan verərək nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi əldə edə bilər.

Qeyd edək ki, son aylarda Əliyar Dadaşovun törətdiyi qayda pozuntuları ilə bağlı bir neçə dəfə görüntülər ictimailəşib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Əsədov belaruslu həmkarı ilə müzakirələr apardı
Bir zənglə kartdakı yeddi min manatı ƏLƏ KEÇİRDİ
Smartfonlarla bağlı QORXULU AÇIQLAMA:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı