Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73602
az

Bu kəndin sakinləri internetsizlikdən əziyyət çəkirlər - VİDEO

19:1509 Sentyabr, 2022
127
CƏMİYYƏT
  • A

Cəlilabadda insanların sıx məskunlaşdığı Kirovka yaşayış massivində əhalinin  internetlə təminatı üçün həyata keçirilən işlər ləng gedir. Sakinlər iddia edirlər ki, kabellər çəkilsə də, internet verilmir. Onlar dəfələrlə aidiyyəti üzrə müraciət etdiklərini, amma nəticəsinin olmadığını deyirlər. 

Dirəklər basdırılıb, kabellər çəkilib, qutular quraşdırılıb. İşlər tamamlanmış kimi görünür. Amma şəbəkəyə qoşulmayıb.

OXU24.COM Xəzər Xəbər-ə istinadən xəbər verir ki,görüntülər Cəlilabad rayonunun Kirovka adlanan yaşayış massivindəndir. Sakinlərin sözlərinə görə bir ildən çoxdur ki, sözügedən ünvana internet çəkilişi üzrə işlərə başlanıb. Hazırda dirəklər basdırılıb, kabellər çəkilib, amma internet verilmir.

Sakinlər deyirlər ki, işlərin ləng getməsi ilə bağlı dəfələrlə iş icraçılarına müraciət etsələr də, nəticəsi olmayıb. 

Məsələ ilə bağlı  "Aztelekom" MMC-nin Cəlilabad  filialından bildirilib ki, yaşayış massivində  1400 abonentə telefon və internetin çəkilişi nəzərdə tutulub. ''Bir ilə yaxındır ki, ərazidə işlər aparılır, ötən müddət ərzində əsas mərhələ geridə qalıb. Hazırda tamamlanma işləri icra edilir. İlin sonuna abonentlərin internetlə təchizatı həyata keçiriləcək''-deyə əlava edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO