Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73573
az

Canlı efirdə aparıcı İNSULT KEÇİRDİ

23:4007 Sentyabr, 2022
152
CƏMİYYƏT
  • A

NBC televiziyasının xəbər aparıcısı Julie Çin canlı yayımda insult keçirib. 

Lent.az xarici mediaya istinadən bildirir ki, teleaparıcı NASA-nın buraxılışı ləğv edilmiş kosmik raketi barədə xəbəri oxuyarkən özünü pis hiss edib .

Yayım zamanı aparıcı anidən teleprompterdən sözləri tələffüz edə bilməyib. O, özündən biixtiyar, “Bbğışlayın, bu səhər mənə bir şey oldu, üzr istəyirəm”, deyərək kəkələyib. 

Teleaparıcı özünə gələndən sonra baş verənlərin təfərrüatlarını sosial şəbəkələrdə paylaşıb: 

“Bu birdən baş verdi. Verilişdən əvvəl özümü əla hiss edirdim. Ancaq xəbərin yayılmasından bir neçə dəqiqə sonra qəribə şeylər baş verməyə başladı. Birincisi, bir gözümün görmə qabiliyyətini qismən itirdim. Sonra bir qolum uyuşdu. Sonra sadəcə, teleprompterdəki sözləri deyə bilmədim. Sonra başa düşdüm ki, mənim böyük problemim var. Çağırışa gələn həkimlər dedi ki, insultun ilk əlamətlərini keçirmişəm. Bütün testlərimin əla nəticələr verdiyini bölüşməkdən məmnunam. Hələ çox suallar və müzakirə ediləcək çox şey var. Amma nəticə odur ki, hər şey yaxşı olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ