Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73557
az

Alimlərdən QORXUNC XƏBƏRDARLIQ: Fəlakət ikiqat sürətlə yaxınlaşır

20:2307 Sentyabr, 2022
136
  • A

Antarktidada "Qiyamət buzlağı" olaraq da tanınan "Thwaites"da aparılan son araşdırma, təəssüf ki, gözləniləndən daha çox bəd xəbər gətirdi. Dənizin dibindən çəkilən görüntülər bizi gözləyən fəlakətin ikiqat sürətlə yaxınlaşdığını göstərir...

Qərbi Antarktika buzlaqı qlobal dəniz səviyyəsinin qalxması ilə bağlı proqnozlar verməyə çalışan elm adamları üçün mühüm bir meyardır.

OXU2 musavat.com-a istinadən xəbər verir ki, Antarktidada yerləşən "Thwaites" buzlağının son 200 ildə əvvəlki dövrdən iki dəfə sürətlə geri çəkildiyi məlum olub.

Araşdırmaya görə, yaxın gələcəkdə buzlaqda böyük dəyişikliklər ola bilər.

Beləliklə, ekspertlərin fikrincə, qiyamət qapımızın ağzındadır...

Buzlağın qarşısındakı dəniz dibinin bir hissəsinin xəritəsi çıxarılıb. Bu, elm adamlarına ilk dəfə olaraq buzlaq sahəsinə daxil olmağa imkan verib.

DƏNİZ SƏVİYYƏSİ 3 METRƏ YÜKSƏLƏCƏK!

Mütəxəssislər xəbərdarlıq edir ki, buzlağın geri çəkilməsinin potensial təsiri böyükdür, çünki "Thwaites" və onun ətrafındakı buzlu hövzələrin ümumi itkisi qlobal dəniz səviyyəsini 3 metrə qədər qaldıra bilər.

"Thwaites" buzlağını məhz bu səbəbdən "Qiyamət" buzlağı adlandırırlar.

Elm adamları ilk dəfə olaraq "Thwaites" qarşısında dəniz dibinin kritik bir sahəsinin xəritəsini yüksək dəqiqliklə çəkərək buzlağın keçmişdə nə qədər tez geri çəkildiyini və hərəkət etdiyini göstərən proqnoz veriblər.

BMT-DƏN HƏYƏCAN TƏBİLİ

Cənubi Florida Universitetinin Dəniz Elmləri Departamentinin mütəxəssislərinin fikrincə, heyrətamiz görüntülər elm üçün yeni olan geoloji xüsusiyyətləri göstərir və eyni zamanda "Thwaites"in gələcəyini görmək üçün bir növ kristal kürə effekti kimi çıxış edir.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, dünya əhalisinin təxminən 40 faizi sahildən 60 mil məsafədə yaşayır.

Bu da onu göstərir ki, dəniz səviyyəsindəki dəyişikliklər çox sayda insanın həyatına təsir edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO
ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO