Qaynar xətt:

(+99450) 247 90 86

"Mən danışacam, onda bilinəcək ki, kim kimə necə xəyanət edib" - Rasim Məmmədov

\\\"Mən danışacam, onda bilinəcək ki, kim kimə necə xəyanət edib\\\" - Rasim Məmmədov

CƏMİYYƏT

445

06.09.2022, 22:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Rasim Məmmədov deyir ki, DTX əməkdaşları kimə nə qədər pul verdiyini yazdığı qeyd kitabçası və flaşkaları götürsələr də, işə əlavə olunmayıb “Baku Steel Company” şirkətinin (poladəritmə zavodu) Müşahidə Şurasının sədri, 1 il 8 aydır həbsdə olan Rasim Məmmədov bildirib ki, 2011-ci ildə zavodu yaradanda Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyev və Prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla üçlükdə görüşləri olub. Bundan sonra ötən 10 il ərzində də yüksək vəzifəli şəxslərlə dəfələrlə görüşləri, danışıqları olub. Bu müddətdə kimlərlə hansı söhbətlər etdiyini, kimə nə qədər pul verdiyini saxlandığı kamerada yazdığı kitabda göstərib.

OXU24.COM "Meydan TV"yə istinadla xəbər verir ki, bunları Rasim Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində deyib.

Hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası bu məhkəmədə onun işinə baxır. Məhkəmənin hazırlıq iclasında Rasim Məmmədovun vəkilləri onun məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyməsi, onun ev dustaqlığına buraxılması, əmlakları üzərinə həbs qoyulmuş qohumlarının üçüncü tərəf kimi bu prosesə cəlb olunması, hal şahidlərinin ifadələrinin sübutlar siyahısından çıxarılması və s. vəsatətlər qaldırıb.

Rasim Məmmədov özü də bildirib ki, onu həbs edərək zavodunu, başqa əmlaklarını əlindən alıblar. Onun sözlərinə görə, özüylə kifayətlənməyib, qohumlarının da əmlaklarına əl qoyublar:

“O zavodu özüm qurub yaratmışam. İndi deyirlər, “sənin deyil”. Qohumlarımınsa əmlakına həbs qoyublar ki, Rasimindir. Mənim olana deyirlər, sənin deyil. Mənim olmayana deyirlər, sənindir…”

Rasim Məmmədov bildirib ki, zavodun necə yaranması, ötən illər ərzində kimlərlə pay bölgüsü olması və s. məsələlərin hamısını bir-bir açıqlayacaq. Onun sözlərinə görə, razılaşma əsasında fəaliyyət göstərib, kimsənin də narazılığı olmayıb.

“Hələ də anlamıram, nə baş verdi ki, qəfil hər şey dəyişdi? Bütün bu biabırçılıqlar kimə, nəyə lazım idi? Sakit-sakit işləyirdik, hamı da qazanırdı…”

Sabiq zavod rəhbəri deyir ki, kimin qalmaqal yaratdığı ona məlumdur. O, həmçinin öz ünvanına səslənən qeyri-rəsmi ittihamdan da danışıb:

“Məni prezidentə xəyanətdə ittiham edirlər. Yalandır. Mən danışacam, onda bilinəcək ki, kim kimə necə xəyanət edib…”

Rasim Məmmədov ilkin razılaşmanın onunla Ramiz Mehdiyev və Bəylər Əyyubov arasında olduğunu iddia edir. Vəkili də Ramiz Mehdiyevin məhkəməyə çağırılıb şahid qismində dindirilməsi haqda vəsatət qaldırıb.

“Düzdü, vəkilimin vəsatətini müdafiə edirəm. Amma qoca kişidir, 85 yaşı var, qoy oturub…”, – vəkilinin vəsatətinə iş adamının münasibəti belə olub.

Vəkil onu da bildirib ki, Rasim Məmmədov DTX əməkdaşları tərəfindən saxlanılarkən onun evindən və iş kabinetindən qeyd kitabçaları, iki flaşkart götürülüb. Orada 2011-ci ildən bu yana Rasim Məmmədovun kimə nə qədər pul verdiyi barədə qeydlər olub. Amma həmin kitabça və flaşkartlar iş materialları arasında yoxdur.

“Mən o kitabçaların üzə çıxmasını istəyirəm. Orda kimlərin adı var… Mən məhdud çərçivədə olan söhbətləri açıqlamaq istəməzdim. Amma buna məcbur edirlər. 20 aydır DTX-da 15 kvadratmetrlik otaqda qalıram. Orada qeydlər aparıram, kitab yazıram. Mənim orada qalmağıma görə bu gün azadlıqda olanlar narahat olsun. Ötən 10 ildə kimə nə qədər pul vermişəm, kiminlə nədən danışmışam, hamısını orada detallı şəkildə yazıram. Mən dövlətin malını, pulunu yeməmişəm. Özüm öz pulumu qazanıb, yemişəm. Üstəlik, başqaları da gəlib qazancıma şərik olub. Məhkəmədə hamısının bir-bir deyəcəm”, – Rasim Məmmədov bildirib.

Vəkillər həmçinin evdə, iş yerində axtarışda iştirak edən hal şahidlərinin ifadələrinin sübutlar siyahısından çıxarılmasını istəyib. Belə əsaslandırıblar ki, hal şahidlərinin eyni vaxtda müxtəlif yerlərdə şahidlik etməsi rəsmiləşdirilib. Bu isə mümkün deyil.

Hakimlər vəsatətlərin heç birini təmin etməyib.

Rasim Məmmədovun etirazlarından biri də qardaşı Süleyman Məmmədovla bağlı məsələyə olub:

“İttihamda yazıblar ki, baş direktorun vəzifəsini mənimsəmişəm. Gülməlidir. Zavod mənim, baş direktoru da doğma qardaşımdı. Mən öz əlimlə qurduğum zavodda doğma qardaşımın vəzifəsini mənimsəmişəm?”

Məkəmədə o da məlum olub ki, Rasim Məmmədovun isveçrəli vəkilləri var. Onların məhkəmədə vəkil kimi iştirakına Azərbaycan qanunvericiliyi imkan verməsə də, məhkəmədə iştirak edib, prosesi izləyə bilərlər.

Azərbaycanlı vəkillər gileylənib ki, isveçrəli həmkarları məhkəmə prosesinə buraxılmır.

Hakim isə bildirib ki, məhkəmə prosesi açıq keçirilir, istənilən şəxs iştirak edə bilər, məhdudiyyət yoxdur.

Bu iş üzrə məhkəmə istintaqı sentyabrın 9-da başlayacaq.

1976-cı il təvəllüdlü Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir.

Rasim Məmmədova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib.

Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Rasim Məmmədov ittihamları qəbul etmir, özünü təqsirli bilmir.

ABŞ İranın kölgə donanmasını hədəf alan yeni sanksiyalar elan etdi

22:59 / 21 Oktyabr 2026

DÜNYA DÜNYA

ABŞ İranın kölgə donanmasını hədəf alan yeni sanksiyalar elan etdi

72

0
Separatçıların cinayətləri yenidən beynəlxalq GÜNDƏMDƏ: Deputatdan MÜHÜM AÇIQLAMA  

22:52 / 21 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Separatçıların cinayətləri yenidən beynəlxalq GÜNDƏMDƏ: Deputatdan MÜHÜM AÇIQLAMA  

87

0
Bakı-Ankara münasibətlərində liderlərin rolu və siyasi məsuliyyət - Təhlil

22:23 / 21 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-Ankara münasibətlərində liderlərin rolu və siyasi məsuliyyət - Təhlil

86

0
“Bombaların nənəsi” və “raketlərin atası” – İranda nə baş verir?

22:18 / 21 Oktyabr 2026

SİYASƏT SİYASƏT

“Bombaların nənəsi” və “raketlərin atası” – İranda nə baş verir?

87

1
Meşələr yandı,ölkəni infeksiya bürüdü - Müsəlman ölkəsində DƏHŞƏT

22:12 / 21 Oktyabr 2026

DÜNYA DÜNYA

Meşələr yandı,ölkəni infeksiya bürüdü - Müsəlman ölkəsində DƏHŞƏT

93

0
Səhiyyədə güzəşt müddəti bitir: Qiymətlər necə dəyişəcək?  

21:56 / 21 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Səhiyyədə güzəşt müddəti bitir: Qiymətlər necə dəyişəcək?  

120

0
Azərbaycanı "ikinci Ukrayna" ilə hədələyənlər Türkiyənin aqibətini düşünsünlər!  

21:45 / 21 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycanı "ikinci Ukrayna" ilə hədələyənlər Türkiyənin aqibətini düşünsünlər!  

116

0
"Atam məni qəbul etmədi, öləndə də danışmadı"

21:38 / 21 Oktyabr 2026

ŞOU-BİZNES ŞOU-BİZNES

"Atam məni qəbul etmədi, öləndə də danışmadı"

265

1
 Qubadlıda 40 əsgəri ilə birlikdə öldürülən erməni polkovnikin son saatları  

21:25 / 21 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Qubadlıda 40 əsgəri ilə birlikdə öldürülən erməni polkovnikin son saatları  

172

0
Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır

21:15 / 21 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır

96

0
Azərbaycanın "qara siyahı"sına düşən siyasətçidən ŞOK QƏRAR: Sabah saat 20:30- da...

21:12 / 21 Oktyabr 2026

DÜNYA DÜNYA

Azərbaycanın "qara siyahı"sına düşən siyasətçidən ŞOK QƏRAR: Sabah saat 20:30- da...

2875

0
İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

21:06 / 21 Oktyabr 2026

QARABAĞ QARABAĞ

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

108

0