Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73461
az

Rusiyada tutulan iki nəfər Azərbaycana gətiril

14:4102 Sentyabr, 2022
134
CƏMİYYƏT
  • A

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Azərbaycan Respublikasının vətəndaşları Mütəllimov Loğman Gülağa oğlu və İbrahimzadə Ruslan Rəhman oğlunun ekstradisiyası haqqında vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Şirvan şəhər polis idarəsinin icraatında olan cinayət işi üzrə Loğman Mütəllimovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, Bakı şəhəri Nizami rayon polis idarəsinin icraatında olan cinayət işi üzrə isə Ruslan İbrahimzadənin xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmələrinə dair əsaslı şübhələr müəyyən edilib və həmin şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Hər iki şəxs Rusiya Federasiyası ərazisində müəyyən edilərək saxlanılıblar.

01.09.2022-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Loğman Mütəllimov və Ruslan İbrahimzadə Rusiya Federasiyasından Azərbaycana gətiriliblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər