Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73370
az

Fermerlərə şad xəbər - VİDEO

23:0829 Avqust, 2022
120
CƏMİYYƏT
  • A

Son günlər Qarabağ kanalında su xeyli artıb. Bərdə rayonunun əkin sahələrində yaranan su çatışmazlığını aradan qaldırmaq üçün kanala suyun verilməsi çoxaldılıb. Bu səbəbdən də təsərrüfat sahələri bol su ilə təmin edilir. Nətıcədə isə təsərrüfat sahiblərinın işi  xeyli asanlaşıb.

OXU24.COM Xəzər Xəbər-ə istinadən xəbər verir ki,Bərdə Suvarma Sistemləri idarəsindən bildirilib ki, ki, rayonda Qarabağ kanalı vasitəsilə 49 min 296 hektar, Kür çayı vasitəsilə 1600 hektar, Tərtər çayı vasitəsilə 3400 hektar, Artezian quyuları vasitəsilə 17 min 375 hektar əkin sahələri suvarılır. Hazırda Bərdədə 63 min 406 hektar əkin suvarma sahəsi var. Bu il rayonda 10 min 931 hektar pambıq əkilib. 5 min hektar isə təkrar əkin həyata keçirilib. İki dəfə pambıq sahələri bol su ilə təmin edilib. Hazırda üçüncü suvarma həyata keçirilir.

Bərdə Suvarma Sistemləri idarəsi tərəfindən rayonda 500-dən çox supartezian quyusunun nasosu təmir edilib, su kanalları təmizlənib, hidrotexniki qurğularda təmir işləri aparılıb.
 

Qeyd edək ki, Bərdə rayonunda 867 ədəd subartezian quyusu mövcuddur. Dövlət başçısının sərəncamına əsasən  bu il daha 29 yeni su quyusunun qazılması nəzərdə tutulub. 11 mövcud quyuda isə bərpa işləri aparılacaq. Bu quyular daha çox ehtiyacı olan əkin sahələrindəki ərazilərdə qazılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi