Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73208
az

İmam Hüseyn kimi insana gərək ağlayanlar ağlasın

19:3925 Avqust, 2022
105
  • A

İmam Hüseyn (ə) kimi insana gərək ağlayanlar ağlasınİmam Səccad (ə) buyurub: "Gözləri Hüseynin (ə) öldürülməsindən ötrü ağlayan, ağlamaqdan göz yaşları yanaqlarından axan möminə Allah bunun səbəbinə cənnət köşklərində yer verər və uzun müddət orada yaşayar." [1]

İmam Baqir (ə) Aşura günündə yaxın və ya uzaq məsafədən Hüseynin (ə) ziyarəti barədə buyurmuşdur: "...Sonra Hüseynə (ə) ağlayıb inləsinlər, evində olanlara və onlardan təqiyyə saxlamayanlara da ağlamağı tapşırsın...

Hüseynin (ə) müsibətinə görə bir-birinə başsağlığı versinlər.Dedim:Bir-birimizə necə başsağlığı verək. Deyin ki, Allah Hüseynin müsibətinə görə bizə çatan əcri böyütsün, bizi və sizləri onun "Vəliye dəm"i (qan sahibi) Məhəmməd ailəsindən olan İmam Mehdi ilə birgə onun qanını almağa qalxanlardan etsin." [2]

İmam Sadiq (ə): buyurub: "Kim Hüseynin barəsində bir beyt şer yazıb özü ağlasa və on nəfəri da ağlatsa, özünün və həmin on nəfərin nəsibi cənnət olar." [3]

İmam Rza (ə) buyurub: "Aşura günü kimin yas, ağlama və kədər günü olarsa, Allah qiyaməti onun şadlıq və sevinc gününə çevirər." [4]

İmam Rza (ə) buyurub: "Hüseyn kimi insana gərək ağlayanlar ağlasın. Çünki onunçün ağlamaq böyük günahları silər."
Ətraflı

Həzrət sonra buyurdu: "Məhərrəm ayı girəndən kimsə atamı gülərüz görməzdi. On gün keçincəyə qədər yas və kədər ona hakim olardı. Onuncu gün də onun ağlamaq, yas və qəm günü idi və buyurardı: Bu Hüseynin öldüyü gündür."[5]

[1] Səvabul-Əmal, səh.108, hədis1

[2] Misbahul-Motəhəccid, səh.772

[3] Səvabul- Əmal, səh.110, hədis3

[4] İləluş-Şərayyə, səh.227, hədis 2

[5] Vəsauluş-Şiə, c.10, səh.394, hədis 8

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi