Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73002
az

Təzyiq problemi olanlar hansı qidalardan istifadə etməlidir? - Mütəxəssisdən tövsiyələr

18:5014 Avqust, 2022
172
CƏMİYYƏT
  • A

Təzə tərəvəzlərin, quru meyvələrin və bitki çaylarının müntəzəm istehlakı hipertoniya ilə mübarizəyə kömək edə bilər.

OXU24.COM oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyalı dietoloq, tibb elmləri doktoru Mixail Qinzburq bildirib.

Onun sözlərinə görə, təzyiqi oynayanlar və hipertoniyadan əziyyət çəkən insanlar qida rasionuna maqnezium və kaliumla zəngin qidalar daxil etməli, həddindən artıq duzlu yeməklərdən isə uzaq durmalıdırlar.
Ətraflı
Ad - 00:01

"İlk növbədə bitki çaylarına, quru meyvələrə, həmçinin bütün təzə mövsümi giləmeyvə və meyvələrə diqqət yetirilməlidir. Bu, o demək deyil ki, yedinizsə təzyiq dərhal düşəcək, xeyr. Ancaq bu qidalar mütəmadi istehlak edilsə, çox duzlu yeməkdən çəkinilsə hipertoniyanı idarə etmək və tutmaların öhdəsindən gəlmək daha asan olar", - deyə həkim bildirib.

Qinzburq belə insanlara tez-tez göyərti, xüsusən şüyüd və cəfəri yeməyi tövsiyə edib.

"Bütün yarpaqlı göyərtilər "K" vitamini ilə zəngindir, həmçinin mülayim sidikqovucu təsirə malikdir ki, bu da qan damarlarına yükü azaldır. Çin kələmi, ispanaq, bütün bunlar hipertoniya xəstələrinə vacibdir", - deyə Qinzburq sözlərini yekunlaşdırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR