Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72951
az

Səfər Mehdiyevin avtomobilini saxlayan DYP əməkdaşları işdən çıxarılıb?- RƏSMİ AÇIQLAMA

21:0210 Avqust, 2022
383
CƏMİYYƏT
  • A

Daxili İşlər Nazirliyi bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobili saxlayan yol polislərinin işdən çıxarılmasına münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Musavat.com-a bildirib ki, həmin polis əməkdaşlarının işdən xaric edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

***

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polisləri ilə bağlı yeni xəbər var.

Sfera.az-ın əldə etdiyi məlumata görə, adlarını dəqiqləşdirə bilmədiyimiz sözügedən DYP əməkdaşları vəzifələrindən azad edilərək, sərəncama götürülüb.

Məlumat üçün bildirək ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.

Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyevin onu saxlayan polisə “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” dediyi görünüb.

Yol polisi isə ona “Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz” cavabını verib. Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər