Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72923
az

Bakıda üç gün komada qalan yeddi yaşlı uşaq ayıldı - FOTO

22:0009 Avqust, 2022
134
CƏMİYYƏT
  • A

 

Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

İyulun 24-dən Bərdə rayonu, Qazaxlar kəndində, evlərinin qarşısında qardaşı və qonşunun uşağı ilə oynayarkən avtomobil vurub. Ağır travmalarla - açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, sağ gicgah nahiyəsinin əzilmiş yarası, sol bud sümüyünün yuxarı üçdə birinin qapalı yerdəyişməsi sınıqları ilə KTM-ə gətirilən və üç gün komada olan yeddi yaşlı Vəli Səfərovun həyatı xilas olub.

OXU24.COM medicina.az-a istinadən bildirir ki, KTM-in Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyevin sözlərinə görə, xəstə iyulun 25-i axşam saat 21:30-da koma vəziyyətində KTM-ə gətirilib və reanimasiyaya yerləşdirilib: "Bir neçə günlük mübarizədən sonra komadan ayılan və müvafiq şöbəyə köçürülən uşağın vəziyyəti təkrarən pisləşdiyindən yenidən reanimasiyaya düşməli olur. Uşaq KTM-ə gətirilərkən komada idi. Müayinə və müalicələrdən sonra iyulun 30-da xəstənin vəziyyəti stabilləşdi, komadan ayıldı və biz onu Mərkəzin Neyrocərrahiyyə şöbəsinə köçürdük. Bir müddət sonra uşaq sol bud sümüyündən də əməliyyat olmalı idi. Lakin şöbədə xəstənin halı yenidən pisləşdi. Qusma, qarıngetmə oldu və o, yenidən huşunu itirdi. İyulun 31-i biz onu təkrarən reanimasiya şöbəsinə köçürdük. Artıq vəziyyəti stabilləşib, həyati təhlükəni adlayıb".

Hazırda 7 yaşlı Vəli Səfərovun xəstəxana şəraitində müalicəsi davam etdirilir. Ötən gün onun daha bir cərrahi əməliyyatı uğurla başa çatıb.

Məqaləyə dair fotomateriallar:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər