Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72510
az

Başını qırxıb dəlixanaya saldılar, sevdiyini unutdurdular - Azərbaycanlı məşhur qadının həyatı

17:5129 İyul, 2022
4094
CƏMİYYƏT
  • A

O, 1933-cü ildə bir qara dağlı ilə evlənəndə yəqin ki, onunla pıçıldaşan gənc şairin bir zamanlar Azərbaycan ədəbiyyat tarixinə düşəcək şair olduğunu bilmirdi. Ancaq o könlünü Müşfiqə vermişdi. Bu gün Müşfiqin “o saçı leyla”sından danışırıq. Biri var idi, ərinə görə həbsxana, dəlixana divarları arasında olmazın zülmlər çkən, gözəlliyi başına bəl olan Dilbər Axundzadə...

Oxu24.com xatırladır ki, Dilbər Hacı qızı Axundzadə 29 may 1914-cü ildə Gəncə şəhərində anadan olub. O, körpə olanda valideynləri ayrılır. Dilbər atası ilə qalır. Atası ikinci dəfə ailə qurur. Əmisi tərcüməçi-dilçi alim İdris Axundzadə Hüseyn Cavid və Əhməd Cavadla yaxın dost imiş. Bir dəfə İdris Axundzadə Gəncəyə qardaşıgilə gedəndə görür ki, qardaşıqızı üçün ata evində ögey anası ilə çox çətindir. İdris Axundzadə çox düşünmədən onu özü ilə Bakıya gətirir. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşayır.
Dilbərin əmisinin arvadı Fəramüş Mikayıl Müşfiqlə tələbə yoldaşı idi. Fəramüş institutu bitirmələri münasibətilə APİ-də təşkil olunan buraxılış gecəsinə bacısı Həcəri və qaynı qızı Dilbəri də aparır. Dilbər ilk dəfə orada Mikayıl Müşfiqi görür. Onlar ikinci dəfə "Kommunist" küçəsində rastlaşırlar, aralarında qısa dialoq keçir. Növbəti dəfə isə Dilbərin rəfiqələrindən olan Pirayə Müşfiqdən ona məktub gətirir. Müşfiq məktubda Dilbərin hörüklərinə şeir yazaraq sevgi etirafı edir.
Dilbər xanım Əli Nəzminin qızı Pirayə xanımla bir oxuyurdu, yolda Müşfiq onu görür, xəbər alır. Pirayə xanım da deyir ki, elə indi Dilbərin yanındaydım, oradan gəlirəm. Soruşur Dilbər neyləyirdi? Pirayə xanım da deyir ki, yatmağa hazırlaşırdı. Müşfiq qayıdır ki, səndən bir xahişim var, get onlara bax gör, onun hörükləri yorğanın altındadırsa, onları çıxarıb yorğanın üstünə qoy.
1932-ci ilin aprelində onlar nişanlanırlar. Nişanda Hüseyn Cavid həyat yoldaşı Müşgünaz xanım, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim, həmçinin məşhur müğənni Bülbül də iştirak edir. 1933-cü ilin iyunun 20-də isə onlar ailə həyatı qururlar. Onların Yalçın adlı övladları doğulur. Lakin, o, xəstəlikdən dünyasını dəyişir.
Müşfiq məşhur tarzən Qurban Primovla dost idi. Tarın qadağan edilməsi onun üçün bir faciə idi. Çünki Müşfiqin özü də tarı çox sevirdi. Yaxşı ifa etməyi bacarmasa da, Dilbər xanım da tar çalmağı bacarırdı. Qurban Primov "Yetim segah"ı ifa edir, Müşfiq isə bu ifada məşhur "Oxu tar" şeirini yazır...
1937-ci il repressiyaları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçmir. Müşfiq iyunun 4-də evində həbs edilir. Dilbəri Müşfiqdən sonra, 1937-ci ilin noyabrında həbs edirlər. Qadınlar saxlanılan ümumi kamerada saxlanılır.

Dilbərə də həbs olunandan sonra olmazın işgəncələr verilir. Onunla eyni kamerada dustaq həyatı yaşayan qadınlardan biri öz xatirələrində yazır: “Bütün gecə gözümü yummadım. Dilbər özündə deyil. Onu xəstəxanaya, düz bizim üstümüzdəki bir nəfərlik palataya apardılar. Dünən ona iynə vurdular və sakitləşdirdilər. O, axşama kimi yatdı. Gecə hər şey yenidən başladı. Səhərə kimi kamerada ayaq döydü, nə isə deyirdi, isterika içində çırpınırdı. Sözlərini tam anlamaq olmurdu. “Müşfiq gəlsin... Atamı çağırın... Atama deyin ki, məni buradan aparsın... Sevdiyim üçün ölərəm... Burada hamı hesab edir ki, mən dəli olmuşam... Ay Allah, onlar deyir ki, sən yoxsan, mənə rəhm et...” O, nəvazişlə Müşfiqlə danışırdı, sanki o kamerada idi. Sonra yenə qışqırır və yenə də isterikaya düşürdü.
Mühacir Lətif Elsevərin “Ağrılı bir qarşılaşma” adlı yazısında yazır. Bir gün universitetdən çıxıb dərin bir kədərin verdiyi dalğınıqlıqla yol gedirdim. Küçədəkilərin ani bir həyəcanı ilə daxili aləmimdən ayrıldım. Baxdım. Faciəli bir mənzərə ilə qarşı-qarşıya idim. Pəjmürdə geyimli bir qadın önümdə dayanmışdı. Saçları “maşinka” ilə dibdən kəsilmişdi. Paltarları bədəninin bir çox yerlərini göstərəcək qədər yırtıq və köhnə idi. Bənizi solmuş, gözləri hədəqəsindən çıxmış kimi idi. Nə edəcəyini, hara gedəcəyini bilmir, vurnuxub dururdu. Qadını tanımışdım. O, gözəlliyi və zəkası ilə bir zamanlar Bakıya ün salan Dilbər xanım idi... Bir neçə ay öncə NKVD cəlladlarının gecə evindən apardığı şair Müşfiqin xanımı Dilbər! Onun da əri ilə birgə həbs edildiyini, edilən işgəncə və təhdidlərə təhəmmül edə bilməyərək ağlını itirdiyini eşitmişdim. Qarşımda ağlını itirmiş Dilbər durmuşdu.

Bakıda yaşamağa başlayan Dilbər şairəliklə məşğul olub, Mikayıl Müşfiqə həsr olunan kitab yazıb. Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayıb. 1990-cı ildə Müşfiqin təbiri ilə desək, “təbiətin ən şux şaqraq zamanı”nda,  Bakıda gözlərini dünyaya əbədi yumur...” .

 

Video: 1000 production

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
AQTA dönərdən zəhərlənmənin səbəbini açıqladı
Hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR