Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72240
az

Goranboyda qəribə olay - Sağaltmaq üçün aldığı dərmanlar öldürdü - VİDEO

19:1922 İyul, 2022
112
CƏMİYYƏT
  • A

Goranboy sakininin başına tragikomik hadisə gəlib. Təsərrüfatındakı iribuynuzlu heyvanlara bit düşüb. Onları sağaltmaq üçün dərman alıb. Vətəndaşın iddiasına görə preparat tam əks effekt verib. Belə ki,  dərmanı istifadə etdikdən sonra 6 baş buzov tələf olub. 

OXU24.COM xezerxeber-ə istinadən xəbər verir ki, heyvanlarını sağaltmaq üçün dərman aldı, nəticədə heyvanlar sağalmadan öldülər.

Mal-qara üçün baytarlıq aptekindən aldığı dərman 6 baş buzovun ölümünə səbəb olub. Goranboyun Yuxarı Ağcakənd qəsəbəsində məskunlaşan Kəlbəcər sakini Suliddin Verdiyev belə iddia edir. 

Ötən bazar günü mal-qarasında olan biti təmizləmək üçün aldığı dərman ilə heyvanlarını çimdirdikdən sonra 7-10 dəqiqə ərzində sakinin 6 baş buzovu tələf olub. Suliddin Verdiyev heyvanların ölmünə səbəbin həmin dərman olduğunu deyir.

Suliddin Verdiyevin dərmanı aldığı şəxslə biz də telefon vasitəsilə əlaqə saxlamağa çalışsaq da, o zənglərimizə cavab vermədi.

Onu da bildirək ki, 6 baş buzovun tələf olması təsərrüfat sahibinə 5 min manatdan artıq ziyan vurub. Ölmüş heyvanlardan baytarlıq əməkdaşları nümünlər götürüb. Həmin nümünələr Göygöl rayonunda yerləşən labaratoriyaya göndərilib. Tələf olan heyvanların ölüm səbəbi labarator analizlərdən sonra müəyyənləşəcək.


Baş verən hadisəynən bağlı Kəlbəcər sakini hüquq mühavizə orqanlarına da müraciət edib. DİN Mətbuat Xidmətindən bildirilib ki, məsələynən bağlı araşdırmalara başlanıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO
ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO