Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72214
az

DİM-dən İslamşünaslığa qəbul olmaq istəyənlərə müraciət

22:2221 İyul, 2022
134
CƏMİYYƏT
  • A

İslamşünaslıq ixtisasına qəbul olmaq üçün müsahibədə iştirak etmək istəyən abituriyentlər 24 iyul saat 23:59-dək DİM-in saytında Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçə bilərlər.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, abituriyentlər buraxılış vərəqələrini 25-27 iyul tarixlərində çap edə biləcəklər. İslamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək. Müsahibələr DPK tərəfindən aparılacaq.

Müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər. Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində islamşünaslıq ixtisasını qeyd edə biləcəklər. Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri, ənənəvi dəyərlərə sadiqlikləri, vəhdət anlayışına münasibətləri, dinin mənbələrinə münasibətləri, dini maariflənmə təlabatları, iman və dindarlığa münasibətləri, ibadət həyatları və dindarlığa münasibətləri yoxlanılır.

Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun İslamşü­nas­lıq ixtisasını da seçə bilərlər.

DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər.

III ixtisas qrupunun İslamşünaslıq ixtisası üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır.

Xatırladaq ki, hazırda III ixtisas qrupu üzrə ümumi və qəbul imtahanının ikinci mərhələsinin 1‑ci cəhdinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyənlər qeydiyyatdan keçə bilərlər, digər abituriyentlər həm ümumi, həm də 2-ci cəhddə müsabiqə şərtlərini ödədikləri halda ərizə təqdim edə biləcəklər (imtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq).

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qobustanda narkotikə görə 2 nəfər saxlanılıb