Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72195
az

Azərbaycanda toyların keçirilməsinə qadağa qoyulacaq? - AÇIQLAMA - VİDEO

14:5921 İyul, 2022
185
CƏMİYYƏT
  • A

"Azərbaycanda gündəlik kifayət qədər yoluxma sayı qeydə alınır. Əslində yoluxma sayı statistikada göstəriləndən daha çoxdur. Çünki insanlar test vermir və buna görə koronavirusa yoluxması rəsmi qeydə alınmır".

OXU24.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Gündəm" verilişində qonaq olan həkim-infeksionist Vasif İsmayıl bildirib.

O əlavə edib ki, hazırda yoluxan insanların çoxu bu xəstəliyi yüngül keçirir: "Əgər vəziyyət bu cür davam edərsə, gündəlik yolxuma sayı artacaq. Lakin xəstəxanalara yerləşdirilən xəstə sayı minimal olduğu üçün qapalı məkanlarda maska qadağası tətbiq oluna bilər.

Əgər xəstəxanlarda yataq sayı 10 faiz dolarsa, dövlət toy məclislərinə qadağa qoymaqla vətəndaşları qıcıqlandırmaq istəməz. Əgər xəstəxanalara yerləşdirilən insan sayı az olarsa, mərasimlərlə bağlı qadağanın tətbiqi gözlənilmir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN