Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72019
az

Günün qoroskopu: Ailəniz sizə dəstək olacaq15 İyul 2022

00:3915 İyul, 2022
193
CƏMİYYƏT
  • A

Anlaşılmazlıq münaqişə vəziyyəti yarada bilər. Tələsməyin, qərarlarınızı götür-qoy edin.

Günün ikinci yarısında böyük, genişmiqyaslı işlərə start verməyin. Prioritetlər fərqlidir. Təfərrüatlar və detallar xüsusi əhəmiyyət kəsb edəcək.

Axşam saatlarında ətrafınızdakı insanları dinləməyi bacarın.

Tərəzi - Hadisələrə süni təkan verməyin. Spontan olayların məcrasında hərəkət etməyin. Bununla yanaşı, situasiyanı nəzarətdə saxlayın.

Yalnız öz maraqlarınızı düşünərək başqalarının mənafelərini kobud şəkildə qulaqardına vurmayın. Kollektiv fəaliyyət sayəsində daha sürətlə irəliləyə bilərsiniz.

Günün ikinci yarısında məqsəd və hədəfləri təftiş edin. Bundan sonrakı fəaliyyətinizin bəzi düzəlişlərə ehtiyacı var. Yeni məlumat, suallara cavablar peyda ola bilər.

Axşam saatlarında sakit ortamı seçin. Səhhətinizə fikir verin.

Əqrəb - Qarşınıza konkret məqsəd qoyubsunuzsa, plana uyğun hərəkət edin. Qətiyyətli, iradəli və əzmkar olun. Dürüst kursla irəlilədiyinizə əmin olun. Peşəkarlığınızı nümayiş etdirin. Situasiyanı tam kontrol altında saxlayın.

İşdə rəhbərliklə danışanda laübəli ifadələr işlətməyin.

Günün ikinci yarısında situasiyaya aktiv qatılın. İradənizin ziddinə olaraq hansısa proseslə bağlı fikir bildirməyin. Başqalarının işlərinizə kobud müdaxilələrinə imkan verməyin.

Dəyər verdiyiniz insanlarla münasibətləri korlamayın.

Oxatan - Tələskənliyə yol verməyin, aramla çalışın. Qərarların qəbulunda müstəqil olun. Muxtariyyətdə xeyir var. Müəyyən addımları ətrafınızdakı insanlarla razılaşdırmalısınızsa, emosional amilləri mütləq nəzərə alın. Vurnuxma ən asan, ən rahat işi korlaya bilər.

Günün ikinci yarısında diskussiyalardan yaxa qurtara bilməyəcəksiniz. İşinizdən həzz almağa çalışın.

Şəxsi münasibətlərdə aktiv maraq formalaşır. Əvvəlcədən formalaşmış davranış modelinin çərçivələrindən kənara çıxmayın. Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oğlaq - Pozitiv olun, bədbin fikirlərdən uzaq durun. Tənbəllik etməyin. Ailə qayğıları və məişət işlərini ön plana çıxararaq bilavasitə məşğul olmanız gərəkən məsələləri unutmayın. Alış-veriş üçün münasib zamandır.

Günün ikinci yarısında olayların məcrası pis deyil. Gərəkli istiqaməti seçərək effektiv nəticələr əldə etməyə çalışın. Dəvət aldığınız tədbirə qatılın. Diqqətli olun, ətrafınızdakı insanların nə istədiklərini anlamağa can atın.

Laqeydlik sonradan ağır nəticələr verə biləcək səhvlərə səbəb ola bilər.

Dolça - Daşınmaz əmlak və ərzaqla bağlı əməliyyatlar uğurlu nəticə verə bilər. Əldə etdiyiniz nailiyyətlərinizin ətrafınızdakı insanlar tərəfindən təqdirini gözləməyin. Kimsəyə fikir vermədən irəliləyin. Statusunuzu artırın, mövqelərinizi möhkəmləndirin.

Günün ikinci yarısında kütləvi tədbirdə diqqət mərkəzində olmağa çalışmayın. Axşam saatlarında sərt olmayın, aqressiv davranmayın. Nüfuzunuzu korlaya biləcək addımlar atmayın. Yaxınlarınızla qayğıkeş olun. Münaqişəyə və ya dartışmaya yol verməyin.

Balıqlar - Rahatlığa can ataraq qarşınızdakı sədləri və maneələri görməzdən gəlməyin. Çətinliklər həllini tələb edir. Yaşam arealının rekonstruksiyası üçün əlverişli zamandır. Psixoloji amillərə diqqətli yanaşın.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə qayğıkeş olun. Dediklərinizə fikir verin. Mübahisə riski var. Yeni tanışla romantik görüş ola bilər. Bələd olmadığınız insanlarla çəkişməyin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yeni inşa olunan binadan 7200 manatlıq oğurluq edildi