Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72000
az

Quterreş: "Yüksək ərzaq və enerji qiymətləri 94 ölkəni böhranla təhdid edir"

23:5213 İyul, 2022
138
CƏMİYYƏT
  • A


“1,6 milyard insanın yaşadığı 94 ölkə ərzaq və enerji qiymətlərində kəskin artımların və maliyyə imkanlarının aşağı olmasının yaratdığı fırtına ilə üz-üzədir”.

BMT-nin saytı istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş BMT-nin İqtisadi və Sosial Şurasının yüksək səviyyəli siyasi forumunun açılışında çıxışı zamanı deyib.

Baş katib bu il dünyanın bir çox yerində çox ciddi qıtlıq riskinin olduğunu vurğulayıb: “Əgər gübrə çatışmazlığı əsas bitkilərin, o cümlədən çəltik bitkilərinin məhsuldarlığına təsir etsə, gələn il daha da pis ola bilər”.

Dünyanın üzləşdiyi iqtisadi sosial problemlərə toxunan BMT Baş katibi bildirib ki, bu gün işçilərin 60 faizinin real gəlirləri pandemiyadan əvvəlkindən daha aşağıdır; inkişaf etməkdə olan ölkələr sosial müdafiə boşluğunu doldurmaq üçün ildə 1,2 trilyon dollardan məhrumdur; inkişaf etməkdə olan iqtisadiyyatların 60 faizi hazırda borc sıxıntısı içərisindədir və ya yüksək risk altındadır; evlərini tərk etmək məcburiyyətində qalan insanların sayı 100 milyona çatıb ki, bu da Birləşmiş Millətlər Təşkilatının yaradılmasından bəri ən yüksək rəqəmdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı