Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71844
az

Qadağan olunmuş çimərliklərə üz tutanlar: Siz hər an xəstəliyə yoluxa bilərsiniz - VİDEO

16:5007 İyul, 2022
101
CƏMİYYƏT
  • A

Bəzi çimərliklərdən istifadə tövsiyə olunmasa da, vətəndaşlar kütləvi halda həmin ərazilərə üz tututlar.

Söhbət Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərindən gedir. Hələ mövsüm başlamazdan əvvəl bu çimərliklərdə zərərli maddələrin olduğu bildirilib. Bununla belə bir çoxları xəbərdarlıqlardan çəkinməyib istirahət üçün həmin ərazilərdə gedirlər. Ancaq müxtəlif xəstəliklər tapacaqlarından ehtiyat edib belə çimərliklərə ayaq basmayanlar da var.

Dermatoloq Sevinc Məmmədova deyir ki, yağlı dəri tipi olan insanlar belə çimərliklərdən istifadə etməməlidirlər. Çünki bu cür dərilər çirkli suya qarşı daha həssasdırlar.

OXU24.COM Xəzər xəbər-ə istinadən xəbər verir ki, terapevt Mətanət Cəfərova isə xüsusilə uşaqların bu çimərliklərdən istifadəsini tövsiyə etmir. Həkimin sözlərinə görə, belə sularda patogen bağırsaq çöpləri kifayət qədər çox olur ki, bu da mədə-bağırsaq sisteminin pozulması ilə nəticələnə bilər.

Terapevt həmçinin bildirir ki, miqdarından asılı olaraq,çirkli suyun fəsadları hətta ilk 3 saat ərzində üzə çıxa bilər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN