Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71795
az

Roza Zərgərlinin oğluna niyə ev verilib? - RƏSMİ AÇIQLAMA

18:0206 İyul, 2022
130
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarova mənzil verilib.

OXU24.COM  bildirir ki, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Unikal"a bildirilib ki, Corc Qafarova dövlət tərəfindən mənzil verilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilib.

Bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Soial Xidmətlər Agentliyinə təqdim edilmiş və Suraxanı rayonu 2 saylı Uşaq Evindən 11.03.2022-ci il tarixində verilmiş arayışda onun 2005-ci ildə "Ümid Yeri" Uşaq Sığınacağından Suraxanı rayonu 2 saylı Uşaq Evinə yerləşdirildiyi qeyd olunub. 

Corc Qafarov 282 saylı orta məktəbin XI sinfini bitirib və Uşaq Evində yaşadığı müddətdə heç bir yaxın qohumu ilə əlaqəsi olmayıb. 

Övladlığaverilmə prosesi 18 yaşınadək olan uşaqlara şamil edildiyi üçün 24.02.1995-ci il təvəllüdlü Corc Qafarov rəsmi olaraq övladlığa verilməyib. 


Qeyd olunanları nəzərə alaraq dövlət uşaq müəssisəsinin məzunu olaraq 04.07.2022-ci il tarixində Abşeron rayonunda yerləşən yeni yaşayış kompleksindən 1 otaqlı mənzil təqdim olunub

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb