Tarixə nəzər salsaq görərik ki, var olduğu lap qədim dövrlərdən bu günümüzə kimi Azərbaycan dövlət və millət olaraq daim öz sülhsevərliyini qorumuş, qonşu dövlətlərin sərhədlərinə hörmətlə yanaşmış və heç bir zaman işğalçı mövqedə olmamışdır. Müasir dövr tarixində də hər zaman regional mövzular və qlobal məsələlərlə bağlı öz ədalətli mövqeyini nümayiş etdirən və əlbəttə ki, zaman-zaman bu humanist yanaşmasına görə təzyiq görən və ədalətsizliyi birbaşa yaşayan ölkəmiz beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı ciddi və güclü mövgeyindən yayınmamış və mübarizə aparmağa davam etmişdir. Bunun bariz nümünəsini Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edərkən yaşadıq. Biz öz torpağımızda haqq savaşı apararkən, həmçinin ədaləti bərpa etdik, beynəlxalq hüququ normalarına uyğun mübarizə apardıq. Lakin əfsuslar olsun ki, anti-Azərbaycan mahiyyətli bəyanatlar, bəzi ölkələr tərəfindən ədalətsiz və qərəzli qarayaxma, böhtan və şantaj kampaniyalarına məruz qaldıq. Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanın bu haqq işində ölkəmizi dəstəkləyən, ədalətli mübarizəsində tək qoymayan dövlətlər və təşkilatlar da az olmadı. Bu dəstəklərdən biri də bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatından oldu ki, QH hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.
Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib və müharibə dövründə beynəlxalq səviyyədə anti-azərbaycan təbliğatında və ölkəmizə qarşı olan haqsız mövqedə QH Azərbaycana tam dəstək oldu və üzv ölkələrin sadiqliyi isbatını tapdı.
İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb. Konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirilməsi və Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradırmasından bəhs etmişdir. Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan və Azərbaycanın bu təşəbbüsünü dəstəkləyən Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığını bildirən dövlət başçısı bir sıra mühüm mövzulara Azərbaycanın mövqeyini bildirmiş və siyasi yanaşmasından, hərəkatla işbirliyinə Azərbaycanın verdiyi töhvələrdən danışmışdır. Azəbaycanın haqq səsinin, ədalətli və obyektiv mövgeyinin dünya səviyyəsində səsləndirilməsinə vasitəçi olan hərəkat institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün mövqedədir və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələr arasında həmrəyliyin gücləndirilməsinə kömək edir.Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri kimi Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və 2020-ci ilin may ayında keçirilməsinə nail oldu. Bu da öz növbəsində pandemiya ilə mübarizədə yaxşılaşma işlərində ölkəmizin cəhdlərinin ciddi qarşılanması və səylərimizin çox mühüm qlobal təsirə malik olmasına səbəb oldu.
Dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların baş qaldırdığı bir vaxtda Azərbaycan həm müstəqil və güclü ölkə kimi, həm də Qoşulmama Hərəkatının sədri kimi təkcə ölkələrin maraqlarını müdafiə deyil, həmçinin beynəlxalq arenada daha fəal rol oynamaq, dünyada ədalətin və sülhün bərpa olması üçün əlindən gələni edəcəkdir. Biz bundan əminik və Azərbaycanın dünyadakı gələcəyinə inanırıq.
Firəngiz Məlikbəyli Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini icra edən
Oxu24.com
ŞƏRHLƏR