Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71423
az

Mərhum qazinin ailəsi 9 ildir sığorta pulu ala bilmir - Rəsmi açıqlama

11:3930 İyun, 2022
163
CƏMİYYƏT
  • A

“Həyat yoldaşım Pirişov Əbil Qurbanəli oğlu I Qarabağ müharibəsi qazisi idi. Müharibədən sonra qaraciyərinin üçdə bir hissəsini kəsib götürmüşdülər, I qrup əlil idi. 2013-cü ildə qaraciyər sirrozundan vəfat edib, lakin hələ də sığorta pulu ala bilməmişəm”.

Bu barədə mərhum döyüşçünün həyat yoldaşı Fəxrəndə Pirişova bildirib. Onun sözlərinə görə, Əbil Pirişova hərbi xidmət zamanı əlil olduğuna görə verilməli olan sığorta ödənişi ilə bağlı məhkəməyə də müraciət edib: “Nəsimi Rayon Məhkəməsi ötən il avqustun 2-də sığorta pulunun ödənilməsi ilə bağlı qətnamə çıxarıb. Prezidentin 23 dekabr 2021-ci il tarixli fərmanında qeyd edilir ki, Ədliyyə Nazirliyi qətnaməsi olanların siyahısını bir ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Lakin qətnamə hələ də icra olunmur. ƏƏSMN ilə dəfələrlə əlaqə saxlamışıq, bildiriblər ki, hələ mexanizim hazır deyil”.

Məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondundan sorğumuza cavab olaraq bildirildi ki, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün hazırlıq işləri artıq yekunlaşır. Birdəfəlik ödəmənin verilməsi ilə bağlı təqdim edilmiş təkliflər əsasında müvafiq qayda təsdiq edildikdən sonra ödənişlərə başlanacaq: “1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdən hansı şəxslər ki, vəfat edib, həmin şəxslərin ailə üzvlərinə bu ödənişlər ediləcək. I Qarabağ müharibəsində yaralanaraq birinci dərəcə əlilliyi olmuş, 2013-cü ildə vəfat etmiş Pirişov Əbil Qurbanəli oğlunun da ailəsi bu ödənişi alacaq”.

Qeyd edək ki, ödənişin məbləği I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manatdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı