Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71269
az

Quru sərhədlərin açılması ilə bağlı VACİB XƏBƏR

22:2127 İyun, 2022
477
CƏMİYYƏT
  • A

"Aldığım məlumata görə quru sərhədlərin açılması məsələsinə tezliklə baxılacaq və müsbət həllini tapacaq”.

Bu fikirlərlə Bizim.Media-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov çıxış edib.

Onun sözlərinə görə quru sərhədlər mütləq açılmalıdır, hamının təyyarə ilə gedib-gəlmək imkanı yoxdur:

"Quru sərhədlər koronavirus və meymunçiçəyinin yayılması ilə əlaqədar hələ də bağlı saxlanılır. Amma mən hesab edirəm ki, sərhədlər nə qədər tez açılsa, bir o qədər yaxşıdır. Burada söhbət təkcə turizmin inkişafından da getmir. Xarici ölkələrdə nə qədər soydaşlarımız var ki, hələ də ailəsinin yanına gələ bilmir. Bu problem elə də adi deyil. Quru sərhədlərə tələbat böyükdür.

Bununla bağlı biz də çoxsaylı şikayətlər və müraciətlər alırıq. Fikrimcə, birmənalı olaraq quru sərhədlərin açılmasına qərar verilməlidir. Əlbəttə ki, yoxlamanı sərhəddə tətbiq etmək olar və burada heç bir problem yoxdur”.

Xatırladaq ki, Azərbaycan pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayından quru sərhədlərini bağlayıb. Səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə həyata keçirilir.

Qeyd edək ki, bu il martın 6-dan Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə karantin rejimi yumşalıb. Sadəcə qadağalardan COVID-19 pasportu və quru sərhədlərin açılması məsələləri qalıb.
 
///XəzərXəbər

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər