Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71263
az

Azərbaycanda azyaşlı qızın ərə verilməsinin qarşısı alındı - Qızın anası DANIŞDI - VİDE

18:1027 İyun, 2022
199
  • A

Erkən yaşda qızların ərə verilməsinə qarşı mətbuat vasitəsilə, aidiyyəti qurumlar tərəfindən aparılan təbliğat və xəbərdarlıqlara baxmayaraq, yenə də belə hallara rast gəlinir. Bu dəfə Goranboyda belə bir hadisənin yaşanmasının qarşısı son anda alınıb. "Xəzər Xəbər" hadisənin yaşandığı kənddə olub, azyaşlı qızın anasını danışdırıb...

OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, daha bir erkən nikahın qarşısı alınıb. Sosial şəbəkələrdə Goranboyda azyaşlı qızın evləndirilməsi xəbərləri yayıldıqdan sonra aidiyyəti qurumlar hərəkətə keçiblər...

"Xəzər Xəbər" də hadisənin yaşandığı Balakürd kəndində olub. Yeniyetmə qızın anası Məleykə Əhmədova 4 gün əvvəl nişan mərasiminin keçirildiyini etiraf edib. Onun sözlərinə görə, oğlan tərəfi tezliklə toy edib qızı aparmaq istəyib, ancaq qız tərəfi buna razı olmayıb. 

Oğlan tərəfinin isə rayonun Yeni Yol kəndində yaşadığı bildirilir. Sosial şəbəkələrdə toyun iyunun 27-də keçiriləcəyi qeyd olunurdu. Hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra erkən nikahın qarşısı alınıb.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini Mirvari Ağamalıyeva "Xəzər Xəbər"ə bildirib ki, toy mərasiminin qarşısı alınsa da, hazırda aidiyyəti qurumlar tərəfindən həmin ailələr nəzarətdə saxlanır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər