Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71047
az

"Mən də, Fəzail Ağamalı da gilas ala bilərik, maaşımız yaxşıdır" - Deputatdan bazardakı qiymətlərə MÜNASİBƏT

13:0423 İyun, 2022
127
CƏMİYYƏT
  • A

"Bu günə qədər aldığım maaş şəxsən məni qane edir, mənim üçün kifayətdir. İndiyə qədər də deputat maaşı az deyildi”.

Bu sözləri OXU24.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. O, qeyd edib ki, maaş artımı digər sahələrdə də olmalıdır:

"Maaş artımı respublikada çox sahələrə şamil olunub, bu gündən sonra da şamil olunacaq. Maaşlar, pensiyalar, müavinətlər artırılır. Hesab edirəm ki, bütün sahələrdə işləyənlərin əmək haqları artmalıdır, pensiya və müavinətlər artmalıdır. Veteranlara verilən pullar artmalıdır. Müəllim və həkimlərin hamısının əmək haqlarının artmasının tərəfdarıyam. Bu günə qədər aldığım maaş şəxsən məni qane edir, mənim üçün kifayətdir. Bu günə qədər mövcud olan deputat maaşı az da deyildi. Məni qane edir və bu barədə narahatlığım da yoxdur. İndi əgər deputatların maaşı artırılırsa, bunu deputatlar özləri artırmır ki. Bu, yəqin ki, dövlət rəhbərliyinin xüsusi tapşırığı ilə olan məsələdir. Yəni, bu mənim deyib-deməməyimlə artıb-azalan deyil. Ancaq mən bu günədək mövcud olan deputat maaşımdan razıyam”.

Fəzail Ağamalının açıqlamasına münasibət bildirən Elman Məmmədov qeyd edib ki, deputat bunu o mənada deyib ki, ərzaq və qeyri-ərzaq məhsulları da o qiymətə olsun ki, onu hamı ala bilsin:

"Elə mən bayaq saytlara baxırdım, Fəzail Ağamalının "Mən gilas ala bilmirəm” söhbətini gördüm. Bəzən bu məsələni çox da dərinliyinə getmədən şərh edənlər var. Fəzail Ağamalı gilas ala bilər və maaşı kifayətdir, imkanı da var. Fəzail müəllim bunu o mənada deyib ki, yəni gilas da, digər ərzaq və qeyri-ərzaq məhsulları da o qiymətə olsun ki, onu hamı ala bilsin. Fəzail Ağamalı çox hörmətli yoldaşdır, çox da düz fikir söyləyib. O da, mən də yüksək deputat maaşı alırıq. Biz gilas ala bilərik. Amma bizim gilas almağımızla bərabər gilas yemək istəyən digər insanları da düşünmək lazımdır axı”. 

Elman Məmmədov həmçinin deyib ki, bazarlardakı qiymətlərə ciddi nəzarət olunmalıdır:

"Bazarlardakı qiymətlərə nəzarət etmək lazımdır. Axı o gilası, kartofu, soğanı yetişdirən kəndli özü onu çox münasib qiymətə satır. Bunları yetişdirən kəndli özü o qədər gəlir götürə bilmir. Yəni, qiymət artımını kəndli etmir, işbazlar edir. Gedib 30-40 qəpiyə aldığı pomidoru, xiyarı gətirib bazarlarda 2-3 manata, 5 manata qoyurlar. Bu gün marketlərdə gilası 10-15 manata qoyurlar. Zülmlə xiyar-pomidor yetişdirənlər yerində, bəlkə də, onu 20-30 qəpiyə sata bilir, ya bilmir. Yəni bu, qınanılmalıdır. Bu sahəyə nəzarət etməli olan rəsmi qurumlar bahalaşmaların qarşısını almaq üçün çox ciddi fəaliyyətə keçməlidirlər. Söhbət təkcə gilasdan yox, bütün ərzaq və qeyri-ərzaq məhsullarından gedir. Sanki heç bir nəzarət yoxdur, kim hansı qiyməti istəyirsə, onu da qoyur, istədiyi qiymətə satır. Belə olmamalıdır, bu qiymətlərə ciddi nəzarət olmalıdır, süni qiymət artımına yol verənlər ciddi cəzalandırılmalıdır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi