Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70998
az

Həbs xəbəri yayılan general İqbal Babayev danışdı: “Geriyə yol yoxdur...”

15:0121 İyun, 2022
151
CƏMİYYƏT
  • A

Dövlət Təhlükəsizliyi Xidmətinin dünən keçirdiyi əməliyyat zamanı saxlanıldığı bildirilən Dövlət Gömrük Komitəsinin sədr müavini general İqbal Babayev yayılan şayiələrə münasibət bildirib.

OXU24.COM bildirir ki, Bakupost.az-a danışan general buna görə təəssüfləndiyini deyib: "Yaxşı olar ki, belə informasiyaları yayarkən diqqətli olsunlar. Bu cür yalan xəbər yaymaqla özlərini hörmətdən salmasınlar. Media nümayəndələrinə təşəkkür edirəm ki, bu məsələlərə həssaslıqla yanaşdılar və yayılan şayiəni tirajlamadılar".
İ.Babayev hazırda işinin başında olduğunu qeyd edib:

"Mən həmişə dövlətə və dövlətçiliyə, Prezidentimizə xidmət etmişəm. Heç vaxt adımın hansısa neqativ məsələlərdə hallanmağına imkan verməmişəm və verməyəcəyəm. Hazırda işimin başındayam. İnnovasiya layihələrinin tətbiqi və idarə olunması, bu sahədə elmi yanaşmalardan istifadə edilməsi mənim peşəmdir və hazırda bu sahədə dövlətim, vətənim üçün çalışıram, nəticələri ilə də fəxr edirəm. Mən başa düşürəm ki, innovativ layihələr həmişə narahatlıq yaradır, amma geriyə yol yoxdur.

Sonda bir məqamı qeyd etmək istərdim: istənilən sahədə peşəkarlıq insanı ucaldır, gücləndirir və özünü daha da güvənli hiss etdirir. İstər bu sahə olsun, istər jurnalistika, elm, yaxud mühəndislik, fərqi yoxdur. Bütün sahələrin mütəxəssislərinə tövsiyəm odur ki, peşəkarlıqları istiqamətində öz üzərlərində işləsinlər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA