Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70897
az

Qəzada ölən nişanlı cütlüyün hekayəsi: Ananın gördüyü yuxu hər kəsi kövrəltdi

19:1317 İyun, 2022
151
CƏMİYYƏT
  • A

"İbrahimin anası yuxu gördü. Yuxuda oğlumuz əlində gül ilə böyük bir daşın üzərində oturub və deyir, ay Günel, həyatım gəlmirsən? Və artıq biz oyandıq ki..."

OXU24.COM xəbər verir ki, bunu lent.az-a qəzada dünyasını dəyişən nişanlı cütlük İbrahim və Güneldən danışan Rəhim bəy deyir. Rəhim bəy İbrahimin atasıdır. 

Bilmirik, bəlkə də bu hadisəyə üzülməkdə haqsızıq. Günel və İbrahim yenə qovuşub axı...

Rəhim bəy özü də dediyi kimi, balalarından danışır. Oğlunun fəaliyyətindən o qədər qürurlu, rahat danışır ki... Ta ki, onu itirdiyi nöqtəyə gələnə qədər...

- Oğlum İbrahim 1990-cı ildə Balakən rayonunda doğulub. Gürcüstanda ali təhsil alıb. Daha sonra isə inşaat mühəndisliyi üzrə təhsil alıb. Çox bacarıqlı idi, idmana gedirdi. Gürcüstanda cüdo üzrə Azərbaycan bayrağını qaldırıb və ona Gürcüstan vətəndaşlığı təklif olunmuşdu. 

İnşaat mühəndisliyini bitəndən və Bakıya gəldi. Burda isə o, Gəncə depo inşaatında baş layihəçi işlədi. Bu yaxında həmin deponun açılışı oldu və prezident də iştirak etdi. Bax, o deponu mənim oğlum tikib. O "Şərq bazarı"nda da layihə və sahə mühəndisi kimi işə başladı. Orda gördüyünüz gözəllikləri, miniatürləri düzəldən mənim oğlumdur. Ora da cənab prezident açılışa gəldi. 

Ən son ona Şüvəlanda layihə başlayacaqdı. Və həmin işə başlayarkən yorulmuşdu. Özü dedi ki, bizim toyun vaxtını yaxınlaşdırın. 

Kimin arzusu belə tez reallaşar ki, Allah sizi daha tez qovuşdurmaq istəyib...

- Onlar Balakəndə, ötən ilin dekabrında ASAN xidmətin qarşısında tanış olublar. Son məqamlarında artıq İbrahim elə bil ki, Güneldən başqa heç kimi görmürdü. Günel də İbrahimdən başqa... İkisi də tərbiyəli, yetişmiş uşaqlar idi. Oğlum türk, ərəb və ingilis dillərində sərbəst danışırdı. Günel balam da ingilis dilini bilirdi. Maşında hamımız bir yerdə olanda onlar öz aralarında ingilis dilində danışırdılar ki, biz başa düşməyək. 

Amma qəribə hekayənizi çox adam bildi...


- Hansı ki, fevral ayında nişanda oynamışdıq, qızıllar alınmışdı, xonçalar düzəlmişdi. Bu ayın 19-u toy olmalı idi. Ayın 10-u axşam mənə çıxacağını bildirdi Bakıdan Balakənə. Yəni toyu olacağı rayona... Mən ona dedim ki, gecdi, ay oğul. Yox, dedi ata. Axşam maşın az olur. Nişanlısı Günel AMEA-da laboratoriya mütəxəssisi kimi çalışırdı. Onu da götürüb, yola çıxıb...

Yola çıxıblar, amma o yol nə torpaqdan, nə də asfaltdan olmadı. O yol, bu dünyada olanlardan olmadı...

- Yağışlı hava, yeni tökülmüş qara asfalt. Yolu çaşıb və 90-100 arası sürətlə yoldan çıxıb. Yolu itirdikdən sonra isə yığışdıra bilməyib. Və yoldan aşağıda olan ağaca çırpılıb. Oğlum yerindəcə keçinib. Sonra orda sürücülər bunlara yaxınlaşıb. Günelin nəbzinin döyündüyünü görüb və onu Şəki mərkəzi xəstəxanasına aparıblar (ağlayır). Oğlumu isə morqa aparıblar. Və qızımız həyatla çarpışdı. İbrahimin anası yuxusunda gördü ki, oğlumuz böyük bir daşın üzərində oturub və əlində gül ilə, Günel, həyatım gəlmirsən? Beləcə deyib. Biz oyandıq ki, Günel dünyasını dəyişib. Onu dünən elə İbrahimin yanında torpağa tapşırdıq.

Toya hazırlaşan bir ana yasa boğularsa, necə dözümlü olsun ki...

- Həyat yoldaşım bunlara dözə bilmədi və öz canına qıymaq istədi. Qarşısını aldıq, indi həyata qaytarmışıq. Yaxşıdı. 

Mən istəmirdim oğlum maşın alsın. Amma gördüm ki, artıq maşınsız işlərini həll edə bilmir. Elə Günellə tanışmazdan iki ay əvvəl maşın almışdı..

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vardanyanın həbs müddəti uzadıldı