Qaynar xətt:

(+99450) 247 90 86

Şəkərin uşaq yaddaşına mənfi təsiri

Şəkərin uşaq yaddaşına mənfi təsiri

CƏMİYYƏT

340

15.06.2022, 21:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Qərb alimləri tərəfindən aparılan araşdırma şəkərin uşaqların yaddaşına mənfi təsirləri haqqında bəzi faktlar üzə çıxarıb.
 
Mütəxəssislər laboratoriya siçanları üzərində təcrübə apararaq bu nəticəyə gəlib. Heyvanlar iki qrupa ayrılıb. Onlardan birinə mütəmadi olaraq şirin içki verilib.
 
Daha sonra beyində yaddaşdan məsul olan hissəsi hipokampus funksiyasının pozulması diaqnozu qoyulub.
 
Buna, bağırsaqdakı parabakteroid bakteriyalarının sayının artması təsir edib.
 
Onları şəkər istehlak etməyən siçanların bədəninə daxil etdikdən sonra, onlarda da yaddaş pozulması göstəriciləri əmələ gəlib.
 
Tədqiqatçılar nəticələrin insanlar üçün oxşar olması haqqında əminliyini bildirib. Alimlər gələcəkdə, bağırsaqdan beyinə siqnal işləyən yolları daha yaxşı müəyyənləşdirmək üçün araşdırmalarına davam etmək niyyətindədir.
 
Bundan əvvəl ABŞ-ın Bioloji Araşdırmalar İnstitutunun alimləri, insan beyninin sinir hüceyrələrində, onları qocalma və zədələnmədən qoruyan özünün mexanizmlərini tapıb.
 
Bu yolla onlar, DNT kopyalamasında çatışmazlığını kompensasiya edir və bununla da ən uzun ömürlü hüceyrələr hesab edilir