Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70799
az

Su çiçəyinə bənzəyən yeni virusu FƏRQLƏNDİRƏN ƏLAMƏT - Yoluxduğunuzu

19:3014 İyun, 2022
154
CƏMİYYƏT
  • A

Su çiçəyi ilə meymun çiçəyinin hər ikisində ilkin mərhələdə hələ səpgilər əmələ gəlməmiş dövrdə hərarət olur, limfalarda şişginlik ola bilər, boğazağırısı, ümumi zəiflik, kürək ağrıları, əzələ ağrıları müşahidə oluna bilər. 

Bu iki xəstəlik arasında bir əsas fərq ondan ibarətdir ki, əsasən su çiçəyində səpgilər əmələ gəldikdən sonra bu kliniki əlamətlər 7 günə qədər aradan çıxır. Amma meymun çiçəyində isə belə deyil. Səpgilər ola-ola bu kliniki əlamətlər də iki həftədən dörd həftəyə qədər davam edə bilər. 

Əslində meymun çiçəyinin bir qədər çətin keçməsinin səbəbi ondan ibarətdir ki, bu kliniki əlamətlər biraz davam edir, xəstəni narahat edir. Amma ölüm qorxu faizi çox azdır. Əslinə baxanda yoluxuculuq qabiliyyəti su çiçəyində daha çoxdur. Çünkü sus çiçəyi daha çox hava damcı yolu ilə yayılırsa, meymun çiçəyində hava damcı yolu ilə yayılma daha azdır. Burada birbaşa kontakt, yaxın təmas olmalıdır. Bu da iki xəstəliyi bir-birindən fərqləndirən xüsusiyyətlərdəndir.

Ümuməm kliniki olaraq görüntü eynidir. Sadəcə biraz mütəxəssis rəyi mütləqdir. Hələ ki, meymun çiçəyi ölkə ərazisində müşahidə olunmayıb və pandemiya olacağı da düşünülmür. Çünkü ən çox hava damcı yolu ilə yayılan infeksiyalar, məsələn COVİD-də gördük bunu, su çiçəyində bunu görürük. Amma meymun çiçəyində bu faiz biraz azdır. Əsas toxunma, yara vasitəsilə və ya yoluxmuş heyvanlarla təmas vasitəsilə olduğuna görə xəstəliyin yayılma faizi daha azdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı
Faşizm üzərində qələbədən 79 il ötür
Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO