Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70699
az

Azərbaycanda İLK - Uşaqlardan mütləq bu test götürüləcək - VİDEO

21:5611 İyun, 2022
153
CƏMİYYƏT
  • A


İndiyədək Azərbaycanda topuq testinə 800-ə yaxın uşaq cəlb olunub. Bunu Elmi-tədqiqat mamalıq və ginekologiya institutunun şöbə müdiri Rüstəm Hüseynov deyib. O bildirib ki, institutun laboratoriyasında nümunələr üzrə 5 irsi xəstəliyin aşkarlanması mümkündür.

İndiyədək  ölkəmizdə topuq testinə 800-ə yaxın uşaq cəlb olunub.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri Rüstəm Hüseynovun sözlərinə görə topuq testi yenidoğulmuşların dabanından qan nümunəsi götürülməklə həyata keçirilir. Doğum evlərində götürülən nümunələr laborator müayinə üçün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna göndərilir . Xəzər TV-yə istinadən xəbər verir ki, şöbə müdiri bildirib ki, yalnız 2 valideyn heç bir səbəb göstərmədən müayinədən imtina edib.

Yenidoğulmuşlar arasında anadangəlmə və irsi xəstəliklərin erkən aşkarlanması məqsədi ilə 2022-ci ilin may ayından etibarən dövlət tibb müəssisələrində aparılan neonatal skrininq müayinələr nəticəsində heç bir körpədə xəstəlik aşkarlanmayıb. Tibbi ədəbiyyatda "topuq testi" adlandırılan bu müayinələr İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2021-ci ildən icrasına başlanılan "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı" və "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı" çərçivəsində həyata keçirilib. ÜST-nin tövsiyəsi ilə yenidoğulmuşların skrininqi uşaqlar üçün mütləq vacib olan testlər siyahısına daxil edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı