Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70669
az

"Quzey və Güney Azərbaycanın birləşməsini dəstəkləməliyik" - İsraildən ÇAĞIRIŞ

18:2110 İyun, 2022
157
CƏMİYYƏT
  • A


İsrailli yazıçı və Yaxın Şərq üzrə analitik Reyçel Avraham İsrailin “Hiume” qəzetindəki məqaləsində Güney Azərbaycandan bəhs edib.

 

Reyçel Avraham məqalədə bidlirib ki, İsrail Quzey və Güney Azərbaycanın birləşməsini dəstəkləməlidir. Onun fikrincə, bu proses Yaxın Şərqdə daha çox sülh və sabitliyə gətirib çıxaracaq.

 

Hal-hazırda bizim danışdığımız bir vaxtda İranda etirazlar davam edir. İnsanlar “diktatora ölüm” şüarları səsləndirirlər və hər bir sadə iranlı rejimin dəyişilməsini istəyir.

 

Etirazlar davam etdikcə bizim İsrail olaraq bu fürsətdən istifadə edərək hazırda İranın bir hissəsi olan Güney Azərbaycanın Quzey Azərbaycana birləşməsini təşviq etməyimiz çox vacibdir.

 

Belə bir ittifaq İran rejimini zəiflədəcək və Yaxın Şərqdə daha böyük sülh və sabitliyə gətirib çıxaracaq. Biz israillilər bunu dəstəkləmək üçün əlimizdən gələni etməliyik”-deyə, Reyçel Avraham bildirib.

 

Məqaləsində Azərbaycanın bölünməsi, Gülüstan və Türkmənçay müqavilələrinin bağlanması və ondan sonrakı proseslərə geniş şəkildə toxunan Reyçel Avraham son Qarabağ savaşında Azərbaycan abidələrinin İran tərəfindən dağıdıldığını, onların iranlılaşdırılmağa çalışıldığını bildirib.

 

Azərbaycan Respublikasının öz torpaqlarının çox hissəsini geri qaytardıqdan sonra Ermənistanla sülh müqaviləsi bağlamağa, problemin qalan hissəsinin danışıqlar yolu ilə həllinə çalışdığını bildirən israilli yazar İran tərəfinin bunun qarşısını almağa çalışdığını faktlara xatırladıb.

Qeyd edək ki, Reyçel Avrahamın məqaləsinə İranın bir sıra media qurumları reaksiya göstərib və bunu İrana qarşı təhdid kimi dəyərləndirib, onu tənqid ediblər

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc
Azərbaycan və Türkiyə ombudsmanları görüşdülər