Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70576
az

Ramiz Mehdiyevin özü, həyat yoldaşı, qızı və qudası hələ də AMEA-da yüksək vəzifə icra edirlər – Fotofakt

18:0308 İyun, 2022
128
CƏMİYYƏT
  • A

Məlum olduğu kimi, bu ilin fevral ayının 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında qurumun prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi müzakirə olunub və qəbul edilib. 

Ramiz Mehdiyevin istefa ərizəsinin qəbulundan 4 aya yaxın vaxt ötsə də, AMEA-nın rəsmi saytında sabiq prezidentin özünün və ailə üzvlərinin hələ də yüksək vəzifələr daşıdığı qeyd olunur.

Məlumat üçün bildirək ki, AMEA-nın rəsmi saytında yer alan məlumatlara görə Ramiz Mehdiyev hazırda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının sədri vəzifəsini icra edir.

Bundan başqa Ramiz Mehdiyev həyat yoldaşı - riyaziyyat elmləri doktoru, professor Mehdiyeva Qalina Yuryevna hazırda AMEA İdarəetmə Sistemləri İnstitutunun nəzdində yaradılan “Kompüter elmləri” ixtisası dissertasiya şurasının sədri vəzifəsini icra edir.

Ramiz Mehdiyevin qızı - psixologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri Kamilə Ramiz qızı Əliyeva hazırda atasının sədrlik etdiyi Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Psixologiya və sosiologiya üzrə elmi şurasının üzvüdür. 

Ramiz Mehdiyevin kürəkənin qardaşı - Fikrət Əli Səftər oğlu Əliyev isə hazırda AMEA İşlər İdarəsi müdirininmüavini vəzifəsini icra edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR