Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70340
az

Hansı məhsullar antibiotikləri əvəzləyə bilir?

00:5803 İyun, 2022
130
CƏMİYYƏT
  • A

Antibiotiklər həyatımıza elə güclü daxil olublar ki, adi asqırmaqda belə uşaqlara antibiotik vasitənin təyin edilməsi valideynlər tərəfindən demək olar ki, narahatlıq doğurmur.

Aydındır ki, antibiotiklər zəruri olduqda bəzi xəstəliklər zamanı insan həyatını xilas edir, lakin orqanizmin immun sisteminin xəstəliklərə qarşı müqavimətli olması üçün, qida rasionuna təbii antibakterial komponentlərdən olan qidalar daxil edilməlidir.

Gəlin birlikdə, antibiotik əvəzləyicisi olan təbii məhsullara nəzər yetirək.

1. Lider mövqedə duran sarımsaqdır.

Onun şəfaverici xassələri uzun illərdən bəri tanınır və Birinci Dünya Müharibəsi dövründə iltihab əleyhinə dərman kimi istifadə edilmişdir. Onu irinli yaralanmalara tətbiq edirdilər. Sarımsaq təbii antibiotik olub, allisin (kükürd) tərkibli olan təbii məhsuldur.

2. Soğan sarımsaq kimi eyni ailəyə aiddir. Flavonoidlər və kükürd tərkiblidir. Soyuqdəymə və öksürəyə kömək edir, otağı dezinfeksiya edir.

3. Zəncəfil ənənəvi tibbdə 2000 ildən çox müddətdir ki, mövcuddur. Anti-iltihablı və antibakterial təsirli olub, unikal tərkibi ilə dəyərlidir. Zəncəfil öskürək ilə mükəmməl mübarizə aparır, soyuqlama, mədə-bağırsaq traktından artıq şlakları çıxarır.

4. Balı unutmaq böyük bir səhv olardı. Balın düzgün istifadəsi sağlam orqanizmin əsasıdır. Alimlər baldan hazırlanan vasitələr ilə bakteriyalarla, infeksiyalarla mübarizə aparırlar. Baldan düzəldilən məhsullar hətta antibiotiklərdən daha müalicəvi və təsirli olurlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Smartfonlarla bağlı QORXULU AÇIQLAMA:
Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF
Mahsun Kırmızıgül Azərbaycanda kiminlə işbirliyi edəcək?

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı