Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70329
az

Öd kisəmizi necə “işlədək”, ödün düşməni nədir? - Həkimdən AÇIQLAMA

22:5902 İyun, 2022
147
CƏMİYYƏT
  • A

Qadınlar arasında bu xəstəlik daha çox yayılıb. Hər 3 qadından birində bu xəstəliyi müşahidə etmək olur. Daşlar həm ölçü, həm də rəng baxımından, fərqli, rəngarəngdirlər. 3-5 sm olan kisədən 8-sm olan daş çıxır. Xəstəlik isə özünü, əsasən, bayramlarda büruzə verir.

"Öd kisəsindən qiymətli daş çıxdı", "Xəstənin öd kisəsindən 25 dekorativ daş çıxarıldı", "Öd kisəsindən 114 daş çıxdı", "Xəstənin 10 illik öd daşı çıxarıldı"... Öd kisəsi ilə bağlı "google" axtarış sistemində bir çox belə məlumatlara rast gəlmək olur. Hələ öd daşlarının şəkilləri daha təəccüblüdür. Bəziləri miqdarı, bəzilər isə rəngləri ilə valeh edir. Bəs bu daşlar nədən və necə yaranır? Öd kisəmizin "daş karxanası"na çevrilmə səbəbi nədir? Yaxud orqanımızı daşlardan qorumaq üçün nə etməliyik?

Medicina.az xəbər verir ki, ümumi bariatrik cərrah, öd daşı həkimi Ruslan Ağayev "Kaspi"yə açıqlamasında ödü daşlardan qorumaq üçün tövsiyələr verib.

"Xəstəliyin qarşısının alınmasına gəldikdə, həkim bildirir ki, ən önəmli faktor qidalanmadır: "Öd kisəmiz gündəlik işləməlidir. İşləməsi üçün normal qidalanmalıyıq. Yəni gündə 3 dəfə qida qəbul etməliyik. Əksər hallarda iş şəraitimizlə bağlı buna əməl edə bilmirik. Səhər yeməyi yeyirik, günorta işlə məşğul olur, bir də axşam yeyirik. Ortada böyük bir fasilə yaranır. Həmin fasilədə də öd kisəsi işləmədiyi üçün avtomatik çöküntü, qatılaşma verir və uzun müddət davam etdikdə, daş yaranır. Buna görə də, ən azından gündə 3 dəfə qida qəbul etməliyik".

"Aclıq ödün düşmənidir"

İkinci şərt isə hərəkətlilik, aktivlikdir: "Artıq çəkidən təbii şəkildə qurtulmaq lazımdır. Özbaşına pəhriz saxlamaq olmaz. Bəzi insanlar bütün günü ac qalır, adını pəhriz qoyurlar. Ac qalmaqla pəhriz saxlamaq çox zərərlidir. Aclıq ödün düşmənidir. Ən əsası, gündəlik heç olmasa 1-2 litr maye qəbul etməliyik"

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO