Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70242
az

Kapital Bank şəhid və qazi övladları üçün bayram tədbiri təşkil etdi

10:1501 İyun, 2022
138
CƏMİYYƏT
  • A

Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Onlar bizə əmanətdir” adlı layihə təşkil etdi. Layihə çərçivəsində Şamaxı və Mingəçevirdən olan 40-dan artıq şəhid və qazi övladları üçün müxtəlif ustad dərsləri keçirildi. Hər iki regionda olan tədbir “YAŞA” Mərkəzlərində baş tutdu.

 

Ustad dərsləri zamanı dənli bitkilərdən kompozisiya, muncuqlardan ibarət müxtəlif əl işləri hazırlandı və rəsm dərnəyi təşkil edildi. Tədbir zamanı uşaqlarla birgə mərkəzlərin üzvləri olan təqaüdçülər də iştirak edib, uşaqlara dəstək göstərdilər. Layihənin yekununda iştirakçılara düzəltdikləri kompozisiyalar, müxtəlif hədiyyələr, həmçinin “Optimal” mağazalar şəbəkəsindən hədiyyə kuponları təqdim edildi.

 

Qeyd edək ki, “YAŞA” Mərkəzi Bakıda (Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi 1), Şamaxıda (Şamaxı şəhəri, Azadlıq küçəsi 1) və Mingəçevirdə (Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 19) fəaliyyət göstərir. Mərkəzin hazırda 6000 –ə yaxın fəal üzvü var və hər layihə üzrə 120-150 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0555165002, 0557042018  nömrələrinə və ya //www.facebook.com/uchuncubahar, //www.instagram.com/uchuncu.bahar/ sosial media hesablarına müraciət etmək olar.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/krdt, BirKart sifarişi üçün – //kbl.az/tkstcrd.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN
Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO