Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70201
az

Səlcuk Bayraktarın diqqətini çəkən azərbaycanlı - 7-ci sinif şagirdinin kəşfi heyrətləndirdi - FOTO

17:5031 May, 2022
112
CƏMİYYƏT
  • A
Bakıda keçirilən dörd günlük "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı uğurla başa çatdı.
 
Bu festivalda təqdim edilən maraqlı layihələrdən biri də "TechnoCad" komandasına məxsus "Smart Trashbin" layihəsidir. "TechnoCad" müsabiqəyə qatılan 141 komanda arasında final mərhələsinə keçən 25 komandadan biridir.
 
Milli.Az bildirir ki, komanda insanların həm işini asanlaşdıracaq, həm də gigiyenik baxımdan qeyri-adi zibil qutularının layihəsini hazırlayıb. 
 
Komandanın kapitanı Mehdi Musayevin verdiyi məlumata görə, zibil qutusunun iş prinsipi belədir: Əlimizi 4 sm-dək yaxınlaşdırdıqda servomotor hərəkətə gələrək qutunun qapağını açır. Bu qutuların istifadəsi gigiyenanı təmin etməklə yanaşı, ayaqdan əlil insanların qutunu asanlıqla açmasını da təmin edəcək.
 
Komanda bu proyektin tükənməyən enerji mənbəyi olan günəş panelləri ilə işləyən versiyasını da hazırlamağı planlaşdırır və qutuların işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunacağına ümid edirlər.
 
Qeyd edək ki, "TechnoCad" komandasının kapitanı, hazırda 20 nömrəli məktəb-liseyin 7-ci sinif şagirdi olan Mehdi ötən il respublika üzrə riyaziyyat olimpiadasında 3-cü yeri tutub. O, həmçinin "Nə? Harada? Nə zaman?" müsabiqəsində ilk üçlüyə daxil olub, eləcə də şahmat üzrə 3-cü dərəcəyə sahibdir. Kiçik yaşlarından texnikaya maraq göstərən Mehdi hazırda "STEP IT Academy"nin tələbəsidir. Komanda "Sabahın alimləri" müsabiqəsi üçün "Elektromaqnit generatoru" proyektini hazırlayıb.
 
Qeyd edək ki, Mehdi Musayev bu yay keçiriləcək "Gələcəyin mühəndisləri" müsabiqəsində də qalib olmaq üçün çalışır.
 
Məqaləyə dair fotomateriallar:
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər