Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70136
az

Bulvardakı İLANLARIN SİRRİ - Onlar şəhərin bu hissəsində niyə artıblar?

18:5930 May, 2022
143
CƏMİYYƏT
  • A

"İlanın ağına da lənət, qarasına da"- deyiblər. İndi isə vəziyyət daha lənət oxumaqdan keçib. Bakı küçələrində, Milli Elmlər Akademiyasının Torpaqşünaslıq İnsitutunun qarşısında, hətta sakinlərin istirahət məkanı olan Dənizkənarı Milli Parkda - bulvar ərazisində tez-tez görünən ilanlar sakinlərdə narahatlıq və qorxu yaratmaqdan əlavə, həyacan təbili çalaraq hərəkət etməyə vadar edir.

OXU24.COM  xəbər verir ki, mövzunun təfərrüatını araşdırmaq məqsədilə Bizim.Media AMEA Zoologiya İnsitutunun aparıcı elmi işçisi Təvəkkül İsgəndərova müraciət edib.

Ekspertin fikrincə, may ayında, yəni havanın daha çox qızmar olmadığı bir vaxtda ilanlar daha aktiv olurlar və bu fəallıq  əsasən yemlənmə ilə bağlıdır.

Mütəxəssis öz açıqlamasında onu qeyd edib ki, ilanların yaşaması üçün vacib olan üç şərti bildikdə onlarla bağlı yaranan suallara asanlıqla cavab tapmaq olar:

1.Yem obyektlərinin olması (əsasən xırda məməlilər, kərtənkələr ilə bəslənir)
2.Yaşaması üçün sığınacaqların olması (buraya qayalıqların altı və kol-kos aiddir)
3.Əhalinin olmadığı yerlər (ilanlar əsasən əhalinin kütləvi yaşamadığı sakit yerləri sevirlər)

Bakının mərkəzi küçələrində görünən ilanlara gəlincə isə ekspert vurğulayıb ki, onlar bu kimi ərazilərdə yaşamır və müxtəlif yollarla əsasən də daş karxanalarından gətiriliblər.

"Belə ilanlar şəhər kənarında olan daş karxanalarından gələn məhsulların arasına qarışaraq bu və ya digər yolla şəhər mərkəzinə gətirilir. Məsələn bu yaxınlarda Torpaqşünaslıq İnsitutunun həyətində tikinti materialları satılan ərazidə gürzə ilanı görüblər. Təbii ki, bu ilan burada yaşamır və təasadüf nəticəsində buraya gətirilib".

Ekspert daha bir açıqlaması ilə bulvar ərazisində görünən ilanların zəhərsiz su ilanları olduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, bulvardakı dənizkənarı ərazi su ilanlarının daimi yaşadığı ərazidir.

Əvvəllər sözügedən ərazidə ilanların görünməməsinə gəlincə isə ekspert bunu Xəzərin əvvəllər daha çirkli olması ilə əlaqələndirib.

"Texnogen çirklənməyə həsssas olduqları üçün əvvəllər mazutla çirklənmiş Xəzər sularında ilanlarla rastlaşmaq mümkün olmurdu. Əbəs deyil ki, ilanları və suda quruda yaşayanları suyun çirklənməsinin indiqatoru adlandırırlar. Son illər Xəzər sularının təmizlənməsi su ilanlarının da orada yaşamasını mümkün edib. Xəzərin daşlı qayalı hissələrində su ilanlarının yuvaları var.Yəni çoxalmaq və yumurta qoymaq üçün su ilanları sahilə çıxırlar və burada onların görünməsi üçün heç bir narahatlıq olmamalıdır".

Ekspert bildirib ki, əgər məskunlaşma sıxdırsa, su ilanları hətta 50 ilandan ibarət qrup şəklində də sahildə görünə bilər və bu onların həyat tərzi olduğu və cütləşmə vaxtı qruplar yaratdıqları üçün  adi hal kimi qəbul olunmalıdır.

"Su ilanları zəhərsiz olduğu və sancmadıqları üçün sakinlərin narahatlıqlarına heç bir ehtiyac yoxdur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı